Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/28/2025

Paylaşın

GÜNDƏM

“SOCAR Midstream” ağacəkmə aksiyası keçirib

“SOCAR Midstream Operations” MMC Abşeron rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında ağacəkmə aksiyası təşkil edib.
Baki-baku.az şirkətə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə hər iki qurumun əməkdaşları və Nazirliyin könüllüləri iştirak ediblər.
Bakı–Şamaxı yolunun 30-cu kilometrliyində yaşıllaşdırma üçün ayrılmış ərazidə keçirilən aksiya çərçivəsində 1 hektar sahədə ümumilikdə 625 ədəd ağac əkilib. Ərazinin iqlim xüsusiyyətləri nəzərə alınaraq Eldar şamı və zeytun növlərindən olan tinglər seçilib, həmçinin ağacların davamlı su təminatı üçün damcı-suvarma sistemi quraşdırılıb.
Aksiya SOCAR-ın ölkədə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərindən biridir.
“SOCAR Midstream Operations” MMC-nin icraçı direktoru Fərhan Əliyev aksiya iştirakçılarına təşəkkür edərək bildirib ki, bu kimi tədbirlər ölkəmizdə yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verir.
Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC 24 iyul 2014-cü il tarixində qeydiyyatdan keçib və şirkət hazırda neft boru kəmərləri və müvafiq təsisatlarda SOCAR-ın strateji səhmdar hüquq və maraqlarını təmsil edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi

Ən son

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.

GÜNDƏM

İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin