Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

HƏR ŞEYDƏN

Sinəsində güllə ilə seçicilərin qarşısında çıxış edən siyasətçi

Teodor Ruzvelt

Dünya siyasəti tarixində elə hadisələr var ki, sanki Hollivud filmlərindən götürülüb – reallığa bənzəmir. Belə hadisələrdən biri ABŞ-ın 26-cı prezidenti, əfsanəvi şəxsiyyət, ovçu, yazıçı, müharibə qəhrəmanı Teodor Ruzvelt ilə bağlıdır.

1912-ci ildə Ruzvelt yenidən prezidentliyə namizədliyini irəli sürmüşdü. Seçki kampaniyası zamanı, Miluoki şəhərində keçirilən mitinqdə ona atəş açıldı. Güllə onun eynək qutusu və cibindəki 50 səhifəlik çıxış mətnini deşərək sinəsinə dəyib.

Baki-baku.az xəbər verir ki, Ruzvelt səhnəni tərk etmədi və çıxışına davam etdi. O, auditoriyanı gərgin və heyran vəziyyətdə saxlayaraq düz bir saat yarım nitq söylədi.

Onu həyat təcrübəsi – daha dəqiqi, ovçuluq təcrübəsi xilas etdi. O, dərhal anladı ki, ağciyəri zədələnməyib, çünki nə qan öskürməsi, nə də ciddi tənəffüs problemi vardı. Daha sonra həkimlər təsdiqlədilər ki, güllə sinəsində dərinliyə gedib və onu çıxarmaq, yerində saxlamaqdan daha təhlükəlidir. Beləcə, Ruzvelt ömrünün sonuna qədər bədənində güllə ilə yaşadı və əyilməz iradənin, cəsarətin və siyasi rəşadətin simvoluna çevrildi.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan I Liqasında çıxış edən "Səbail"in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin