Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2025

Paylaşın

GÜNDƏM

Şimali Makedoniyada azərbaycanlı şairin şeirlər kitabı təqdim olunub

Tanınmış gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin Şimali Makedoniyada nəşr olunan “Yuxu kimi” («Kako coн») adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, kitab təqdimatı Şimali Makedoniyanın Ohrid şəhərinin “Shilla” Mərkəzində baş tutub. Təqdimatda Makedoniyanın tanınmış ziyalıları, qələm adamları, oxucular, o cümlədən dünyanın müxtəlif ölkələrindən Velestova Poeziya Festivalına qatılan şairlər iştirak ediblər.
Tədbirin aparıcısı və kitabın tərcüməçisi, tanınmış şairə Juliana Veliçkovskaya qonaqları salamalayandan sonra gənc şairin yaradıcılığı haqqında söhbət açaraq deyib: “Fərid Hüseyn poeziyası insanın yaşadığı şəxsi hadisələri zamanın böyük olayları ilə vəhdətdə əks etdirir. O sadə və aydın yazır. Şeirlərində oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər yaradır. Onun rəngarəng poeziyasının mövzularının sərhəddi sevdiyi insana, Vətənə olan məhəbbətə, yaxud o duyğuları bizdə formalaşdırmış ədəbi və tarixi şəxsiyyətlərə qarşı heyranlığa qədər uzanır. O, həmçinin şeirlərində şəxsi itki, intizar və özünüaxtarış məsələlərindən bəhs edir, insanın mahiyyətcə hara və nəyə mənsub olması sualını qaldır, bununla yanaşı yaşadığımız reallıqlara şahid nəzərləri ilə poetik münasibət bildirir”.
Tədbirdə Fərid Hüseyn şeirlərini oxuyub və kitabı haqqında ona ünvanlanan suallara cavablandırıb. Eyni zamanda ədəbi gecədə mekedenoyalı tanınmış qiraətçilər gənc şairin şeirlərini səsləndiriblər. Şimali Makedoniyanın «ПНВ Публикации» nəşriyyatında çap olunan kitaba F.Hüseynin 30 şeiri daxil edilib.
Qeyd edək ki, Fərid Hüseyn cari ilin 15-17 avqust tarixlərində Şimali Makedoniyada keçirilən Veleostova Poeziya Festivalında Azərbaycan ədəbiyyatını təmsil edib. Bu nüfuzlu beynəlxalq festivala İrlandiyadan Roşin Kelli, Xorvatiyadan Miroslav Kirin, Reneta Jambreşin Kirin, Rumuniyadan Anisiya Angel, Bolqarıstandan Polli Mikanova, Şimali Makedoniyadan Luzim Xaziri, Andrey Əl-Əsədi, Stefan Kostoski, Mariya Anqelovska, Pavlina Atanasova, İvana Jovanovska, Maya Moysova, Emanyela Kovaçevska Kitanobska, İqor Klımovski, Stefan Mladenovski kimi tanınmış şairlər qatılıblar. Festivalın xüsusi antologiyasında, həm də ingilis və makedon dillərində yayımlanan “Qlaqoli” poeziya jurnalında şairlərin şeirləri dərc olunub.
Festival çərçivəsində Miroslav Kirinin poeziya almanaxının təqdimat mərasimi, Andrey Əl-Əsədin qiraət saatı, “İmago” və “Mosaic” adlı şeir gecələri, Stefan Mledovskinin rəsm sərgisi və İgor Klimovskinin konserti baş tutub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Vahid, suveren, firavan, mütərəqqi İndoneziya” şüarı altında avqustun 17-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 80-ci ildönümü