Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

HƏR ŞEYDƏN

“Səssiz infarkt” həyati təhlükə yarada bilər – Kardioloqdan vacib xəbərdarlıq

"Səssiz infarkt", İnfarkt

Ürək tutmaları (miokard infarktları) hər zaman öncədən əlamət verməyə bilər və bu, xəstənin həyatı üçün ciddi təhlükə yarada bilər.

Baki-baku.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq və anestezioloq-reanimatoloq Anton Vaxlyaev RIA Novosti-yə verdiyi müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, infarkt bəzən simptomsuz — yəni “səssiz” şəkildə də baş verir. Bu zaman xəstə heç bir ağrı və ya narahatlıq hiss etmədən ciddi bir ürək problemi ilə üz-üzə qala bilər.

“Risk faktorları arasında yüksək qan təzyiqi və əvvəl keçirilmiş insultlar xüsusi yer tutur. Əgər bu fonda stenokardiya — yəni sinədə təzyiq və ya sıxıntı hissi kimi əlamətlər yaranırsa, bu, ürək damarlarında daralmanın göstəricisi ola bilər”, – deyə Vaxlyaev bildirib.

Həkim əlavə edib ki, fiziki yüklənməyə dözümlülüyün azalması, tez-tez təkrarlanan sinə ağrıları və bu spazmların daha uzun çəkməsi ürəyin işemik xəstəliyinin (ürək damarlarının daralması) klassik əlamətlərindəndir.

Statistikaya görə, tibbi müdaxilədə əldə olunan nailiyyətlərə baxmayaraq, infarktlar hələ də ölüm səbəbləri arasında ilk sıralarda yer alır.

Kardioloq tövsiyə edir: Risk qrupuna daxil olan şəxslər mütəmadi olaraq həkim müayinəsindən keçməli, qan təzyiqi və ümumi ürək-damar sağlamlığına nəzarət etməlidirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib

Ən son

GÜNDƏM

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

GÜNDƏM

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin