Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

HƏR ŞEYDƏN

Səssiz gəlib səssiz gedən, məzar daşlarına adı yazılmayanlar – Cəlladlar

Cəlladlar, Cəllad

Dünyanın istənilən yörəsində şahların, padşahların, sultanların, kralların, imperiyaların belə cəlladları olub. Hökmün icrası məhz onlara həvalə olunub. Ölüm hökmünün mövcud olduğu illərdə onların adı gələndə məmləkətindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin dizi titrəyib. Bu Osmanlı imperiyasında da belə olub. Osmanlıda bir kəs edam edilən zaman sarayın gizli dəhlizlərindən iki nəfər sükutla çıxar, nə danışar, nə başlarını qaldırardılar. Çünki onlar dilsiz cəlladlardı.

Cəlladlıq Osmanlı imperiyasında ciddi bir vəzifə idi. Çox zaman atadan oğula keçən bu vəzifənin sahibləri əhali tərəfindən olduğu kimi sarayda da sevilməzdilər. Daha dəhşətlisi isə odur ki, bu səssiz cəlladlar dünyadan da izsiz gedərdilər, məzar daşlarına adları yazılmazdı. “Cəllad məzarlığı” deyilən ünvanda kimliksiz uyuyardılar. Mənliyi olmayanın kimliyi olmaz həqiqətinə tapınanlar onlara məxsus daşların önündən sükutla keçərdilər…

Tarixi mənbələr sübut edir ki, cəlladların vəzifəsi təkcə haqqında hökm çıxarılanları edam etməkdən ibarət olmayıb. Edam edilən adamın üstündəki qiymətli əşyalar, geyim-kecim, kəmər, xəncər edamın səhəri “Cellat mezatı” adı verilən açıq qapıda satışa çıxarılardı. Əldə olunan gəlir cəlladın haqqı kimi ona bağışlanardı. Bu səbəbdən də tarixçilər kədərli şəkildə qeyd edirdilər: “Ədalətin kəskin qılıncı, bəzən bir ticarət qapısına da dönürdü”. Fərmana görə cəlladın qılıncı ilk zərbədə hökmü icra etməli, edamı başa çatdırmalı idi. Edam olunan şəxs ağrı-acını çox çəksəydi, bu, həm onun özünün, doğmalarının, həm də əhalinin bəd duasına dönər, onları qarabaqara izləyərdi.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ученые прогнозируют погружение острова под воду к 2100 году из-за изменения климата