Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/04/2025

Paylaşın

GÜNDƏM

Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə Bakıda

"Dar ağacı", Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib.

Baki-baku.az xəbər verir ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq məktubuna əsasən, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, eyni zamanda, ölkə teatrlarının qarşılıqlı yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə nümayiş olunub.

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Azərbaycan SSRİ Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullazadə, Cavidan Eminov (ərəb əsgərləri) ifa ediblər.

Tamaşadan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və Əməkdar incəsənət xadimi, milli teatrımızın tədqiqatçısı İlham Rəhimli çıxış ediblər, Bəxtiyar Vahabzadə ilə olan xatirələrini bölüşüb tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkürlərini bildiriblər.

Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki Dövlət Dram Teatrı tərəfindən təşkil olunan Bəxtiyar Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 Sentyabr - Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edilir.

Ən son

GÜNDƏM

Şəki Dövlət Dram Teatrı "Dar ağacı" tamaşası ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində

GÜNDƏM

Şəki Dövlət Dram Teatrı "Dar ağacı" tamaşası ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin