Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/29/2025

Paylaşın

GÜNDƏM

Səhiyyə Nazirliyi nəzdində yeni mərkəz yaradılıb

Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (“Security Operations Center” – SOC) fəaliyyətə başlayıb.

Baki-baku.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, Mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habelə xüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm strateji addımdır:

“SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanaraq operativ şəkildə aradan qaldırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.

Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması, nazirliyin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin tətbiqi daxildir.

Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsi vətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində “Data Loss Prevention” (DLP), “Identity & Access Management” (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

27 dekabr tarixində Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı”
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin