Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/08/2025

Paylaşın

HƏR ŞEYDƏN

Saudade – Sözlə ifadə olunmayan nostalgiya

IMG-20250808-WA0007

Bəzən qəlbimizdə qəribə bir boşluq yaranır – nə üçün darıxdığımızı dəqiq bilmirik, amma o hiss bizi dərindən silkələyir. Sanki bir zamanlar çox sevdiyimiz bir şeyi, bir insanı, ya da heç yaşamamış olduğumuz bir anı xatırlayırıq. Bu hissin adı “saudade”dir – bir çox dildə qarşılığı olmayan, Portuqal mənşəli dərin emosional bir anlayışdır.
Baki-baku.az bildirir ki, Saudade, nə sadəcə həsrətdir, nə də nostalgiya. O, keçmişə duyulan istəklə yanaşı, onun artıq geri dönməyəcəyini bilməyin verdiyi incə bir ağrıdır. Bu hiss, həm də həyatın keçiciliyinə dair sakit bir qəbuldur. İnsan, keçmişin gözəlliklərini yad edərkən, indini yaşaya bilməyəcək qədər dərin düşüncələrə qərq olur.
Bu hiss Portuqaliyada və Braziliyada musiqidə, ədəbiyyatda və gündəlik həyatda tez-tez ifadə olunur. Xüsusilə fado adlı musiqi janrı, saudadenin musiqidəki qarşılığıdır – sanki qırıq xatirələrdən toxunmuş melodiyaların dilidir.
Maraqlıdır ki, saudade bəzən heç yaşamamış bir an üçün də ola bilər. Məsələn, insan heç tanımadığı bir sevgini, heç getmədiyi bir şəhəri, heç başlamamış bir həyatı belə darıxa bilər. Bu isə onu digərlərindən fərqli edən və daha da dərinləşdirən bir cəhətdir.
Bəlkə də saudade, insan ruhunun ən incə köşələrindən birinin səsi, qəlbin heç səsləndirə bilmədiyi bir şeirdir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Где заканчиваются фантазии антиутопии и начинается личная травма писателя?