Nəşr edilmişdir 12/08/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Saturn planetinin məşhur halqaları 2025-ci ildə “yoxa çıxacaq”

828A2E82-E049-42CC-8D2D-C61B44B89304

Saturn planetinin halqaları 2025-ci ildə Yerdən müşahidə edənlərin gözündən iki dəfə itəcək.
Baki-Baku.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, bu barədə Ka-Dar rəsədxanasının və astrofermanın elmi direktoru Stas Korotki bildirib.
“Saturnun halqalarının tamamilə “yoxa çıxması” 2025-ci ildə iki dəfə – yaz və payızda baş verəcək. Məsələ burasındadır ki, biz bu planetin halqaları ilə eyni müstəvidə oluruq və bu zaman onları kənardan görürük, halqalar isə çox nazikdir – təxminən 30 metr qalınlıqda”, – deyə Korotki qeyd edib.
O əlavə edib ki, Yerdən Saturna qədər olan məsafə bir milyard kilometrdən çoxdur, ona görə də mahiyyət etibarilə, ən böyük teleskop vasitəsilə müşahidə olunsa belə, halqalar görünməyəcək. Ekspertin sözlərinə görə, qarşıdan gələn hadisə nadir hallardandır və hər 15 ildən bir baş verir.
Halqaların itməsi səkkiz ay fərqlə baş verəcək: 23 mart və 26 noyabr.
Qeyd edək ki, Saturn Günəşdən uzaqlığına görə altıncı, Günəş sistemində isə Yupiterdən sonra ikinci ən böyük planetdir. Nəhəng qaz planeti kimi təsnif edilir. Saturn Roma əkinçilik tanrısının şərəfinə adlandırılıb.
Planet, əsasən, buz hissəciklərindən, eyni zamanda, ağır elementlərdən və tozdan ibarət olan əhəmiyyətli bir halqa sisteminə malikdir. Saturnun ətrafında hazırda məlum olan 146 peyk fırlanır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 3-də İçərişəhərdə Azərbaycanının tanınmış rəssamı və keramika ustası Mir Teymur Məmmədovun ingiltərəli həmkarı İrina Denev ilə birgə

Ən son

GÜNDƏM

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı

GÜNDƏM

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı