Nəşr edilmişdir 01/14/2025

Paylaşın

GÜNDƏM

Samir Dübəndi: “Bakının tarixi mərkəzində ekskursiyalar aparan bələdçilərin professionallığı artırılmalıdır”

Bakının tarixi mərkəzi olan İçərişəhər ərazisində fəaliyyət göstərən xidmət müəsissələrinin, orada ekskursiyalar aparan bələdçilərin professionallığı artırılmalıdır.

Bunu “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi Baki-baku.az-a Bakıdakı mövcud turizm vəziyyətini şərh edərkən deyib.

Bakı işgüzar turizm imkanları ilə fərqlənir

Bakı paytaxt olmaqla yanaşı iri meqapolisdir. Hər bir meqapolisə xas olan əlamətlərdən biri də onun turizm istiqaməti kimi tanınmasıdır. Son illər ərzində Bakının inkişafına xüsusi diqqət yetirilir. Bakı bir sıra beynəlxalq miqyaslı tədbirləri qəbul edir.

Paytaxtın bu illər ərzində formalaşmış və ildən ilə genişlənən, inkişaf edən turizm infratrukturu mövcuddur. Bakı MİCE turizm (işgüzar turizm) imkanları ilə fərqlənir. Burada konfrans imkanları olan hotelləri, sərgi və toplantı mərkəzlərini, idman arenalarını və digər obyektləri sadalamaq olar.

Ölkəyə gələn turistərin 65-70 %-i Bakıdakı hotellərdə yerləşdirilir

Hər bir turizm ərazisinin imkanları kompleks şəkildə qiymətləndirilir. Bu kompleks daxilində yerləşdirmə imkanları, yəni mehmanxana və mehmanxana tipli müəsissələrin sayı, onların növü, tutumu və sair amillər də nəzərə alınır. Hazırda ölkədə fəaliyyət göstərən 800-dən artıq mehmanxana və mehmanxana tipli müəsissələrin 320-dən çoxu Bakı şəhərindədir. Bu isə təxminən ümumi yerləşdirmə vasitələrinin 40 %-ni təşkil edir. Statistika onu göstərir ki, ölkəyə gələn turistərin də əksər hissəsi, təxminən 65-70 %-i Bakı şəhərindəki hotellərdə yerləşdirilir. Bakının turizm statistikasına şəhərdə keçirilən tədbirlər xüsusi təsir göstərir. Paytaxtda hər il 20-30 mehmanxana və mehmanxna tipi müəsissə fəaliyyətə başlayır.

MİCE turizmi ilə yanaşı, Bakı zəngin tarixi-memarlıq və arxeoloji, etnoqrafiya abidələri, gəzinti yerləri, ləziz mətbəxi, unikal mədəni irs nümunələri ilə də seçilir və turistləri cəlb edir. Bizim hesablamalarımıza görə, Bakının tarixi-memarlıq abidələrinin, təbii və tarixi qoruqlarının son il ərzində 450 minə yaxın əcnəbi ziyarətçisi olub.

Belə bir dinamik inkişaf proseslərində turizm və qonaqpərvərlik sənayesinin təklif etdikləri xidmətlərin keyfiyyətini qoruyub saxlamaq, onları təkmilləşdirmək, rəqabətə dözümlülüklərini artırmaq olduqca vacib məsələ hesab edilir. Son nəticədə həmin xidmətlərin keyfiyyəti beynəlxalq turizm bazarlarında təklif edilən ölkə və paytaxt turlarının rəqabətə dözümlülüyünü, cəlbediciliyini təmin edən amilə çevrilir.

Xidmətlərin keyfiyyəti davranışdan, bilik, bacarıq, vərdiş və səriştələrdən asılıdır

Turistlərin komfortunu təmin etmək, onlarda fərqli, yadda qalan, müsbət təəssüratları yaratmaq və onları geri qayıdan turistlərə çevirmək məqsədilə kompleks yanaşmalar olmalıdır. Xidmətlərin keyfiyyəti dedikdə burada taksi sürücüləri və digər nəqliyyat nümayəndələri, satıcılar, müxtəli şəhər xidmətçiləri, hotel, restoranların əməkdaşları, bələdçilər və turizm bazarının digər iştirakçıları tərəfindən göstərilən xidmətlər nəzərdə tutulur. Deməli, göstərilən xidmətlərin keyfiyyəti sadalanan sahələrdə çalışan insanların davranışından, onların bilik, bacarıq, vərdiş və səriştələrindən bilavasitə asılıdır. Hazırda bir çox təhsil ocaqlarında turizm və qonaqpərvərlik sənayesinə, xidmət sahəsinə aid ixtisaslar üzrə tədris verilir. O cümlədən iri şirkətlər daxilində bir növ təlim mərkəzləri fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə bəzi əlavə tədbirlər aparılmalıdır. Xüsusilə, bu tədbirlər ilk növbədə Bakının tarixi mərkəzi olan, İçərişəhər ərazisində fəaliyyət göstərən xidmət müəsissələrində, orada ekskursiyalar aparan bələdçilər arasında aparılmalıdır.

Paytaxta gələn turitləri ölkənin digər regionları ilə tanış etmək məqsədilə infrastruktur təkmilləşdirilir

Hamımızı bir qədər həyəcanlandıran sual Bakının əhali baxımından sürətlə genişlənməsi nəticəsində aparılan tikintilər, avtomobil nəqliyyat vasitələrinin artması və bunun nəticəsində yollarda yaranan tixaclardır. Yalnız son dövrdə bu məsələlərə daha ciddi yanaşılır və bu sahələri tənzimləmək üçün xüsusi tədbirlər görülür.

Bakı bir unikal turizm destinasiyası kimi bundan sonra da inkişaf edəcək, daha çox turist və qonaq qəbul edəcək. Paytaxta gələn turitləri ölkənin digər regionları ilə tanış etmək məqsədilə artıq Bakı və digər turizm destinasiyaları arasında sürətli magistral yollar, sürətli dəmir yol nəqliyyatı, həmçinin hava nəqliyyat imkanları mövcuddur və bu infrastruktur ildən ilə təkmilləşdirilir.

Bakı şəhərinin ətrafında bir çox unikal təbii və antropogen xarakterli turizm resursları burada bir çox turizm növlərinin inkişafı üçün münbit şərait yaradır. Misal üçün, Xəzər Dənizində yelkən turizmi, dayvinq, Abşeron Milli Parkında safari və “birdwatching”, Qobustanda və Bakı kəndlərində mədəni-dərketmə, etno və kulinariya turizmi, şəhər mərkəzində şoppinq fəaliyyətlərinin simbiozu məhz Bakının turizm palitrasını yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib.Bu barədə

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində yanvarın 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin

GÜNDƏM

“Bakı KOB evi” və “Miniboss” biznes məktəbi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Baki-Baku.az bu barədə