Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2025

Paylaşın

GÜNDƏM

“Şamaxinka”dan Biləcəriyə qədər xüsusi hərəkət zolağı təşkil edilib

"Şamaxinka", Biləcəri

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı təşkil edilib.

Baki-baku.az Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, bununla da, mövcud xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib.

Buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumat üçün bildirilib ki, sözügedən yol sahəsindən keçən müntəzəm avtobuslarla gün ərzində ümumilikdə 90 mindən çox sərnişin daşınır.

Xüsusi hərəkət zolağının təşkili ilə yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların marşrut üzrə rahat və vaxt itkisi olmadan hərəkəti təmin ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Xalq artisti, teatr və kino aktyoru, Azərbaycan kinosunun “Mixaylo”su Nodar Şaşıqoğlunun doğum günüdür.

Ən son

GÜNDƏM

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi

GÜNDƏM

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin