Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

İdman

Salah “Liverpul”un yeni oyunçularından danışdı

Məhəmməd Salah, “Liverpul”

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü turunda “Bernli” ilə (1:0) oyundan sonra merseysaydlıların yeni transferlərinin çıxışı barədə danışıb.

Baki-baku.az xəbər verir ki, misirli futbolçu həmçinin matç üçün heyətdə yer almayan hücumçu Aleksander İsakın vəziyyətinə də münasibət bildirib.

“Bu gün güclü rəqib qarşısında oynadıq. Xətlər arasında oynamağa çalışdıq, amma qalib gəlmək asan olmadı. Nəticədə qələbə qazanmağımız məni sevindirir.

Oyunçular komandamızın sxeminə uyğunlaşırlar. Start heyətində bir neçə yeni oyunçumuz var idi. Onları komandamızın oyununa daxil etmək üçün zamana ehtiyac var. Onların oyunda özlərini rahat hiss etməsini təmin etməyə çalışırıq. Aleks [İsak] isə keçən həftə komandamıza qoşulub və o, komandada oynayacaq. Biz balansı tapmağa çalışırıq. Təslim olmuruq. Sadəcə əlimizdən gələni etməyə çalışırıq”,-deyə M.Salah vurğulayıb.

Qeyd edək ki, isveçli oyunçu “Nyukasl”dan “Liverpul”a 125 milyon funt sterlinqə (€145 milyon) transfer olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Leyli və Məcnun” o dövr üçün bir mədəniyyət hadisəsi, bir tarixi dönüş nöqtəsi, Şərq musiqi təfəkkürünün Avropa opera

Ən son

HƏR ŞEYDƏN

Köhnə Yeni il mədəniyyətimizə köhnə təqvim üslubu ilə birlikdə daxil olub.

HƏR ŞEYDƏN

Köhnə Yeni il mədəniyyətimizə köhnə təqvim üslubu ilə birlikdə daxil olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin