Nəşr edilmişdir 06/12/2025

Paylaşın

GÜNDƏM

Sakit okeanda vaxtın “sınması”

Gündə 24 saat olan bir dünyada elə bir yer var ki, orada nədənsə bu müddət 26 saatdır. Sensasiya? Yox, reallıq! Sakit okeandakı tarix dəyişmə xətti sadəcə coğrafi bir xətlə məhdudlaşmır — burada zaman paradokslarının əsl səhnəsi yaşanır. Dünyanın ən şərqdə yerləşən adası — Amerika Samoasıdır (UTC -11), ondan cəmi 800 kilometr aralıda isə Kiribatinin tərkibinə daxil olan Layn adaları yerləşir (UTC +14).

Nəticə? Okeanda qonşu olan bu iki məkan arasında 25 saat fərq var. Siz Amerika Samoasından cümə axşamı axşamı yola düşüb Layn adalarına şənbə günü səhəri çata bilərsiniz. Çünki orada gün demək olar ki, artıq başa çatmaq üzrədir. Bu, sanki sabaha “teleport” olunmaq kimidir!

Bu zaman “qırılması” kolonial geosiyasətin mirasıdır: Britaniyaya məxsus adalar Avstraliya, Amerikaya aid olanlar isə ABŞ vaxtına uyğunlaşmışdı. Nəticədə eyni saatlar müxtəlif günləri göstərə bilir.

Rəsmi olaraq bu, Yer kürəsində bir-birinə ən yaxın iki nöqtə arasında olan ən böyük saat fərqidir. Bəli, burada zaman həqiqətən nisbidir.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Ən son

GÜNDƏM

Hər bir xalqın qurtuluş və zəfər tarixini özündə ehtiva edən elə günlər olur ki, onun

GÜNDƏM

Hər bir xalqın qurtuluş və zəfər tarixini özündə ehtiva edən elə günlər olur ki, onun