Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/12/2026

Paylaşın

ƏDƏBİYYAT

Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib

Fərzalı Abbasəlioğlu

İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib.

Baki-baku.az xəbər verir ki, şairin yubiley gecəsində tanınmış ziyalılar və incəsənət nümayəndələri iştirak ediblər.

Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan Fərzalı Abbasəlioğlunu ilk olaraq Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş millət vəkili Ceyhun Məmmədov təbrik edib. O, çıxış edərək yubiliyarın yaradıcılığına nəzər salmış, şair haqqında ürək sözlərini, xoş fikirlərini səsləndirmişdir.

Daha sonra şairin qələm dostları, qiraət ustaları, xanəndələr və musiqi ifaçıları Fərzalı Abbasəlioğlunun şeirlərini səsləndirmiş, sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər.

Zəfər İnustrumental Ansambılının, Aşıq Ədalət Dəlidağlının, Nadir Bayramlının, Niyaz İlyasoğlunun, Natiq Fərzalıoğlunun, Əhliman Ərşadlının, Sona Nərimanqızının, Təranə Gədəbəylinin, Ayşə Səyyad qızının və digər sənət adamlarının müşayiəti ilə baş tutan tədbirin sonunda yubilyar – şair Fərzalı göstərilən diqqət və qayğıya görə teatrın rəhbərliyinə, sənət dostlarına və oxucularına dərin minnətdarlığını bildirib. Tədbir həm sənət adamlarının, həm də poeziyasevərlərin iştirakı ilə isti və səmimi bir şəraitdə başa çatıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin