Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Sağlamlığın mavi çiçəyi – Azərbaycan təbabətində kasnı bitkisinin sirləri

Təsəvvürünüzə elə bir bitki gətirin ki, sadəcə yolkənarında, dərələrdə bitir, lakin əsrlər boyunca demək olar ki, möcüzəvi bitki hesab olunub. Onun mavi çiçəkləri və qalın kökü Naxçıvandan Lənkərana qədər hər bir loğman tərəfindən istifadə olunan və sevilən müalicə vasitəsi olub.

Baki-baku.az yazır ki, kasnı (çikoriy) bitkisinin Azərbaycan xalq təbabətində xüsusi yeri var və soyuqdəymədən tutmuş şəkərli diabetə qədər bir çox xəstəliklərin müalicəsində istifadə olunub.

Bu bitki yalnız əllə toplanardı: payız fəslində köklər qazılıb çıxarılır, soyuq suda yuyulur, səliqə ilə doğranır, xüsusi sobada və ya küləkli yerdə qurudulurdu – bitkinin bu formada hazırlanma üsulu nəsildən-nəslə miras kimi ötürülürdü.

Kasnının tərkibində olan təbii acılıq sayəsində köklər iştahanı artırmaq və həzmi yaxşılaşdırmaq üçün istifadə olunurdu. Bitkidən hazırlanan həlim ümumi qüvvətləndirici hesab edilirdi: orqanizmi möhkəmləndirir, insana güc verir, ayağa qaldırırdı. Təzə kök və çiçəklər ishal, mədə iltihabı və qanazlığı zamanı içilirdi.

Kasnı qaraciyər, dalaq və böyrək problemlərində də kömək edirdi: qurudulmuş çiçəklər çay kimi dəmlənir və kurs şəklində qəbul edilirdi.

Maraqlı bir fakt ondan ibarətdir ki, kökdən əldə olunan həlimi şəkərli diabet zamanı təbii müalicə vasitəsi kimi istifadə etmək olurdu.

Bəzən kasnı həlimini qarpız suyu ilə qarışdırıb yeməkdən əvvəl içirdilər – xalq arasında malyariyaya qarşı qoruyucu vasitə kimi bu günə qədər gəlib çıxıb.

Bu gün kasnı (çikoriy) milyonlarla insan üçün qəhvə əvəzedicisi kimi tanınır, lakin vərdiş halına çevrilən və bir çoxları tərəfindən gündəlik olaraq orqanizmə qəbul edilən bu bitkinin arxasında dərin tarix dayanır: əsrlərdir Azərbaycanda sağlamlıq və həyat bəxş edən bir bitkinin hekayəsi.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin