Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/09/2025

Paylaşın

HƏR ŞEYDƏN

Saçların gizli düşməni: Stres, hormonlar və yanlış seçimlər

Saç tökülməsi, Saç

Son illərdə saç tökülməsi həm qadınlar, həm də kişilər arasında ciddi narahatlıq doğuran problemlərdən birinə çevrilib. Xüsusilə xanımlar saçlarının seyrəldiyini hiss edən kimi müxtəlif şampunlar sınaqdan keçirir, bəzən “filan şampun saçımı tökdü” kimi fikirlər səsləndirirlər. Bəs əslində saç tökülməsinin səbəbi nədir? Şampun bu prosesdə nə qədər rol oynayır?

Araşdırmalara görə, saç tökülməsinin – yəni alopesiyanın bir çox növü var. Ocaqlı alopesiya ən çox rast gəlinən formadır və təkcə baş nahiyəsində deyil, qaş, kirpik və bədənin digər hissələrində də saçların tam itməsi ilə müşahidə olunur. Ailopesiya təkcə tük follikullarının xəstəliyi deyil; daha dərin mexanizmlərlə bağlı ola bilər. Xəstələrin 85%-ində saçların tökülməsinə psixoloji stres səbəb olur. Bununla yanaşı, sink çatışmazlığı, sinir sistemi pozuntuları, mədə-bağırsaq problemləri və hormon dəyişiklikləri də saç tökülməsini sürətləndirə bilər.

Qeyd etmək lazımdır ki, xəstəliyin müxtəlif tipləri var və bəziləri gənclik dövründən başlayır:

Prehipertenziv tip (gənclərdə, gələcəkdə yüksək təzyiq riski)

Atopik tip (astma, ekzema ilə müşahidə olunur)

Qarışıq tip (əsasən yaşlılarda rast gəlinir)

Şampunlar saç tökülməsinə təsir göstərə bilər

Bundan başqa, stresdən uzaq durmaq, düzgün qidalanmaq və ilkin əlamətlər ortaya çıxan kimi həkimə müraciət etmək vacibdir. Saç tökülməsinin ən çox rast gəlinən səbəbləri bunlardır:

A vitamini və digər mikronutrient çatışmazlığı

Doğuş sonrası hormonal dəyişikliklər

Yeniyetməlik dövründə testosteronun artması

Zob və digər endokrin xəstəliklər

Bəzən şampunlar həqiqətən də saç tökülməsinə təsir göstərə bilər, xüsusilə dəriyə uyğun olmayan və kimyəvi tərkibi çox olan məhsullar istifadə edildikdə. Dərisi həssas olan insanlar şampun seçərkən daha diqqətli olmalıdırlar.

Həkimlərind fikrincə, “şampunu dəyişdim, saçım töküldü” kimi hallar tez-tez müşahidə olunsa da, bu, dərinin yeni məhsula uyğunlaşma mərhələsidir. Əsas məsələ isə problemin kökündə duran səbəbin – hormonal pozuntu, vitamin çatışmazlığı və ya xroniki xəstəliklərin müəyyən edilməsidir.

Sabun saçın düşmənidir

Saç tipinə uyğun olmayan şampunların istifadəsi effektsizdir. Reklam olunan məhsulların böyük hissəsi gözləntiləri doğrultmur, müalicəvi şampunlar isə yalnız həkimin tövsiyəsi ilə istifadə olunmalıdır. Həkimlər xüsusilə sabunla saç yumağın zərərli olduğunu vurğulayırlar. Sabun qələvi tərkibli olduğundan tükün dibini yandırır. Bu, yalnız saç tökülməsinə deyil, həm də saçın keyfiyyətinin tamamilə itirilməsinə səbəb olur. Saç tökülməsi dəmir, sink və mis çatışmazlığından, stresdən, saç boyalarından və hətta saçın yuyulduğu suyun sərtliyindən belə təsirlənə bilər. Müalicə isə səbir tələb edir və nəticə bəzən uzun müddət alır.

Mütəxəssislərin fikirlərinə əsaslanaraq belə nəticəyə gəlmək olar:

Saç tökülməsi çox zaman stres, hormonal dəyişikliklər, qidalanma pozğunluğu və vitamin çatışmazlığı ilə bağlıdır.

Şampun yalnız yardımçı faktor ola bilər – əsas səbəbi aradan qaldırmadan problem çözülmür.

Sabunla saç yumaq və saxta məhsullar ciddi ziyan vurur.

Erkən müdaxilə və düzgün diaqnoz saçların bərpası üçün əsas şərtdir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.

Ən son

GÜNDƏM

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından

GÜNDƏM

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin