Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/09/2025

Paylaşın

GÜNDƏM

Sabunçuda Heydər Əliyevlə bağlı konsert proqramı təşkil edilib

ACA20284-C45E-409B-BDA0-EBE27B4280E9

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xarı bülbül” instrumental ansamblının iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Baki-baku.az xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Arzuxan Əlizadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər və sosial xidmət müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə “Xarı bülbül” instrumental ansamblının müşayiəti ilə Xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanov və xanəndə Yaqut Xəlilzadənin ifasında sevilən xalq və bəstəkar mahnıları səsləndirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində

Ən son

GÜNDƏM

Azərbaycanda yanvarın 10-da havanın yağıntılı keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda yanvarın 10-da havanın yağıntılı keçəcəyi gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin