Nəşr edilmişdir 12/29/2024

Paylaşın

GÜNDƏM

Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq.
Baki-Baku.az xəbər verir ki, ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.
Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün – 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.
Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.
Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Bu

Ən son

GÜNDƏM

IMDB dünya kinolarına dair məlumat bazası bütün zamanların ən yaxşı 250 filminin siyahısını dərc edib.Baki-Baku.az

GÜNDƏM

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli

GÜNDƏM

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan