Azərbaycan ərazisində martın 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Gündüz, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var, arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7°, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.