Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/16/2026

Paylaşın

GÜNDƏM

Sabah sulu qar yağacaq

Sulu qar, Hava, Hava proqnozu

Azərbaycanda yanvarın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Vurğulanıb ki, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan xalq yaddaşı yalnız padşahlar və sərkərdələrlə deyil, zülmə qarşı çıxan, ədaləti öz silahı ilə qoruyan qaçaqlarla da

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin