Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/10/2026

Paylaşın

GÜNDƏM

Sabah Bakıya qar yağacaq

Qar yağacaq, Qar

Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır.

Bu barədə Baki-Baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi yolların buz bağlayacağı ehtimalı var.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mənbələrə istinad edərək qeyd edə bilərik ki, Peyğəmbər əleyhissəlamın mübarək nəslindən 7 övladı dünyaya gəlmişdir.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Məşhur kəşfiyyatçı Rixard Zorge (1895–1944) 4 oktyabr 1895-ci ildə Bakının yaxınlığında yerləşən Sabunçu qəsəbəsində (Bakı

TARIXI ŞƏXSİYYƏTLƏR

Məşhur kəşfiyyatçı Rixard Zorge (1895–1944) 4 oktyabr 1895-ci ildə Bakının yaxınlığında yerləşən Sabunçu qəsəbəsində (Bakı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin