Nəşr edilmişdir 02/25/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakının bəzi prospekt və küçələri bağlı olacaq

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bildirilib ki hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

“Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – deyə müraciətdə qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.

Ən son

GÜNDƏM

Artıq Boz ay ölkəmizi gəlişi ilə silkələyib. Neçə gündür ki, qar yağır, hava soyuyub, şaxta-sazaq

GÜNDƏM

Artıq Boz ay ölkəmizi gəlişi ilə silkələyib. Neçə gündür ki, qar yağır, hava soyuyub, şaxta-sazaq