Nəşr edilmişdir 12/18/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma prosesinin sistemli şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə hazırlanmış “Revival
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin