Nəşr edilmişdir 07/13/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakıda 40 dərəcə isti olacaq

8AB44C24-9A24-410B-96C5-D93714B5C2E3

Azərbaycan ərazisində iyulun 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bakı-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində iyulun 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb

GÜNDƏM

Azərbaycan ərazisində iyulun 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb