Nəşr edilmişdir 01/08/2025

Paylaşın

GÜNDƏM

“Şəhriyar” parkındakı restoran binasının sökülməsi məsələsinə aydınlıq gətirilib

Nərimanov Rayon İcra Hakimiyyəti “Şəhriyar” parkı adlandırılan ərazidəki restoran binasının sökülməsi məsələsinə aydınlıq gətirib.
Nərimanov Rayon İcra Hakimiyyətindən Baki-Baku.az-a verilən məlumata görə, sözügedən ərazinin park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilmiş və qeyri-qanuni olaraq sənədlər əldə olunmuşdur. Əlavə olaraq, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina etmişdir. Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi,nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdı. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb.
Qeyd edilib ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır və sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Birbank” mobil tətbiqindən isitifadə edilən “BakıKart” QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından

Ən son

GÜNDƏM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 6 küçəsində skuter

SİYASƏT

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

GÜNDƏM

Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və