Nəşr edilmişdir 01/03/2025

Paylaşın

GÜNDƏM

Şəhərdən təbiətə bir addım – Bakı Zooloji Parkı

Şəhərimizin ən gözəl gəzməli-görməli yerlərindən biri də Bakı Zooloji Parkıdır. Bakıda zooloji park XX əsrin əvvəllərindən yaransa da, bu illər ərzində məkanını bir neçə dəfə dəyişib. 1982-ci ildə yerləşdiyi ərazidən torpağın sürüşmə təhlükəsinə görə hazırkı məkanına köçürülüb və sahəsi bir hektardan çox artırılıb.
2019-cu ilin fevralında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə zooloji parkda əsaslı yenidənqurma işləri başlayıb və park yenilənib. 7 oktyabr 2021-ci ildə baş tutan açılışda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb.
Tarixən Zoopark Bakı əhlinin sevimli gəzinti yerlərindən olub. Elə bu günlərdə də – Yeni İl tətili günlərində də zooparka gələn ziyarətçilərin ardı-arası kəsilmir. İnsanlar bura böyük həvəslə gəlir, asudə vaxtlarından səmərərli istifadə edirlər. Təqdirəlayiq haldır ki, parka təkcə yerli sakinlər yox, həmçinin turist axınının olması da müşahidə olunur. Ərəb ölkələrindən, o cümlədən, Türkiyə və Rusiyadan gələn qonaqların çoxluğu diqqət çəkir. Onların hər biri bura xüsusi maraq göstərir.
Parkın ərazisində bir çox heyvan və quşlar var. Onlar üçün yaradılan şərait təbiətin özünə ekvivalentlik təşkil edir. İnsan sanki şəhərdən bir addım atmaqla zooparkın qapısından təbiətə keçir və təbiətlə tam bir vəhdət təşkil edir. Çünki burada yaradılan süni dağ, şəlalə və göllər, həmçinin salınan yaşıllıq zolağı insanı, həqiqətən də, şəhər mühitindən bir anın içindəcə təbiət – dağ, meşə, cəngəllik mühitinə aparır.


Zooloji park təkcə maariflənmə yeri, heyvanat aləmiylə tanışlıq yeri deyil. Burada həmçinin yaradılan uşaq meydançası uşaqların əylənməsi xidmət edir.
Üçmərtəbəli baxış nöqtəsi isə buranın ziyarətçiləri üçün xüsusi maraq kəsb edir. Belə ki, hər mərtəbəsində ayrıca eyvanı olan bu tikilidən zooloji parka yuxarıdan baxmaq mümkündür. Və burada parkın bütün möhtəşəmliyi göz önünə sərilir.
Qeyd etmək lazımdır ki, parkda təmizliyə xüsusi diqqət ayrılıb. Bundan başqa, təmiz havada gözəl mənzərədən zövq almaq istəyən insanların rahatlığı üçün çox sayda skamyalar düzülüb.
Gələn yerli qonaqların və turisləri istiqamətləndirmək, suallarını cavablandırmaq üçün burada IDEA İctimai Birliyinin könüllüləri də fəaliyyət göstərirlər. Onlar qonaqları qarşılayır, məlumatlandırırlar.
Beləliklə, Bakı Zooloji Parkı şəhərimizin ən gözəl gəzinti məkanlarından biri kimi Yeni il tətili günlərində oranı ziyarətə gələn hər kəsin üzünə açıqdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.Baku-baku.az President.az-a istinadən bildirir

GÜNDƏM

Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bayram günlərində paytaxt sakinləri və turistlərin ən çox üz tutduğu məkanlardan biri yenilənmiş Mərkəzi Nəbatat