Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/17/2025

Paylaşın

HƏR ŞEYDƏN

Səudiyyə kralları, diplomatları Anıtkabırı ziyarəti qəbul etmir

Ahmet Vefik Alpın tişəsi, Ər-Riyadın tarix dərsi 

Yüz ildir Türkiyə Cümhuriyyətinə ziyarətə gələn əksər dövlət başçıları, rəsmi şəxslər Anıtkabırı, Qazi Mustafa Kamal Paşa Atatürkü ziyarət etsələr də, yalnız bir ölkənin liderləri ondan imtina edir: Səudiyyə Ərəbistanı!

Səudiyyəlilərin bu addımına bir Böyük türk Osmanlı əzəməti ilə cavab verib. Öncədən qeyd edək ki, “Türkiyəni ziyarət edən liderlərin Anıtkabırı ziyarət etmələri kimi protokol məcburiyyəti yoxdur. Bu gələn liderlərin iradəsinə bağlıdır. Amma ölkəyə gələn  dövlət və hökumət başçıları bunu protokolun nəzakət və ehtiram bölməsinə daxil edərək Cümhuriyyətin Qurucusuna sayğılarını ifadə edirlər. Yalnız Səudiyyə Ərəbistanının heç bir lideri bu münasibəti sərgiləmir…”

Müsəlman ölkə olan Səudiyyə krallarının nə üçün bu qərarı aldıqları dünyanı düşündürən suallar içərisində olduğundan cavabı hər kəsi mataqlandırıb. Qurtuluş Savaşının memarının, Türkiyyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Paşa Atatürkün “Xəlifəliyi”, bir dövlət institutu kimi ləğv etməsi dini deyil, dünyəvi dövlət qurması, Səudiyyə Krallığının dini təməllər üzərində bərqərar olması, düşüncə ayrılığı bu fakt üçün səbəb olub. Onu əsas götürən, daha doğrusu, əldə bayraq edən Səudiyyə Kralları Türkiyə Cümhuriyyətinin 100 illiyi tarixində  bir dəfə də olsun Anıtkabırı ziyarətdə bulunmamış, Millətin Atasının- Qazi Mustafa Kamal Paşanın mübarək məzarı önündə sayğı duruşunda dayanmamışlar…

Taleyi ona Atatürkün ruhuna sayğısızlıq edənlərə gözdağı vermək üçün imkan yaradır

Osmanlı İmperiyası qüdrətli sərkərdə-xaqanları, mütəfəkkir alimləri, təbib-filosofları, eyni zamanda Memar Sinan kimi daşa, yaddaşa dönən dünyası, memari inciləri ilə tarix yaradan ustad sənətkarları ilə məşhurdur. Ötən əsrin məşhur memarlarından biri, Memar Sinan əzəmətindən Alp ucalığına yol gələn, klassika ilə müasirliyin körpüsünə çevrilən, Atatürkün Çanaqqala Zəfərinə bərabər bir qələbəni Səudiyyə Krallığında, Ər-Riyadda qazanan Ahmet Vefik Alp tarixi içərisində tarix yaratdı. Bu dünyaşöhrətli memar müdrikliyi ilə ötən əsrin 80-ci illərində, ulu, azman türkün cəsarətini, ləyaqətini dünyaya nümayiş etdirdi. Səudiyyə Ərəbistanında müxtəlif universitetlərdə mühazirələr oxuyub dərs verən memar Səudiyyə krallarının, şahzadələrin Atatürkə, Anıtkabıra münasibətinin mahiyyətini də, elə müəllimlik illərində dərk edir. Krallığın və səudiyyəlilərin bu mövqeyi onu kədərləndirsə də, üzə vurmur. Amma taleyi ona Səudiyyə Krallığına, müsəlman səudiyyəlilərə, Atatürkün ruhuna sayğısızlıq edən dindaşlarına  gözdağı vermək üçün imkan yaradır.

Memarın diqtəsi, Cümhuriyyətin iradəsi

Türkiyə Cümhuriyyəti Səudiyyə Krallığında açmaq istədiyi Böyük Elçilik binasının yapılması üçün nəzərdə tutulan layihənin işlənməsi məqsədi ilə memar Ahmet Vefik Alpa təklif göndərir. O da, illərlə içərisində gəzdirdiyi Atatürk, Anıtkabır sevgisini, Cümhuriyyətin Memarına Səudiyyənin sayğısızlığını bir araya gətirib elə bir layihə təqdim edir ki, görənlər heyrətə gəlir.

Layihəni Səudiyyə Krallığına və Türkiyə Cümhuriyyətinə təqdim edən memar Ankaradan rəy alsa da, Ər-Riyaddan razılıq ala  bilmir. “Təqdim olunan layihə Ərəb dünyasının memari quruluşuna uyğun deyildir” cavabını alan memar, onun nəyə bağlı olduğunu anlayır,bu səbəbdən də, o, Türkiyə Cümhuriyyəti ilə danışıqlara gedir, tarixi faktı, Səudiyyənin Atatürkə, Anıtkabıra münasibətinə görk olsun deyə, belə bir layihə təqdim etdiyini bildirir. Nəticədə memar Ahmet Vefik Alp Ankaranın dəstəyini qazanır. Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi, Türk diplomatlarının israrından sonra layihənin icrasına, Böyük Elçiliyin binasının tikintisinə başlanılır. Bununla da, memar Ahmet Vefik Alp Səudiyyə Krallığının bağrının başına elə bir xəncər saplayır ki, o xəncər Qazi Mustafa Kamal Paşanın Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə gətirən Qılıncın əzəmətinə bərabər olur.

Qılıncın qüdrəti, tişənin əzəməti

Qazi Mustafa Kamal Paşa tarixdə Qurtuluş Savaşının, Çanaqqala Zəfərinin, Modern Türkiyə Cümhuriyyətinin memarı, memar Ahmet Vefik Alp Ər-Riyadın yaxasında Anıtkabırın oxşarı olan Böyük Elçilik İqamətgahının qurucusu kimi qaldı. Ankarada Anıtkabırı, Atatürkü ziyarətdə bulunmağı müsəlman adına yaraşdırmayanlar, Ər-Riyadda Türkiyə Cümhuriyyətinin özgürlüyünün, qüdrətinin, əzəmətinin simgəsi, bəlgəsi olan Böyük Elçilikdə təşkil edilən rəsmi törənlərdə iştirakı özlərinə şərəf hesab edirlər.

Türkiyə Cümhuriyyəti də, Anıtkabır da, Səudiyyə Krallığının paytaxtından, Ər-Riyadın köksündən boy verən Anıtkabırın oxşarı olan Böyük Elçiliyin İqamətgahı da bir tarixdir. Qüdrətli Türkün Tarixi! Qazi Mustafa Kamal Paşa Atatürk onu Qılıncın qüdrəti, memar Ahmet Vefik Alp isə Tişənin əzəməti ilə yazdı!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə

Ən son

TARİXİMİZ

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu.

TARİXİMİZ

Ötən əsrin əvvəlləri təkcə Qafqazlarda deyil, həm də Balkanlarda təbəddülatlarla müşayiət olunurdu.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin