Min illər boyu qüdrətli dövlətlər quran, irsi, varisləri ilə onun inkişafına töhfədə bulunan sərkərdə-xaqanlar, sultanlar həm də təkcə tikib qurduqları saraylarla deyil, ailə dəyərləri ilə maraq dairəsidə, diqqət mərkəzində olub. Təməlini Osman Qazidən alan Osmanlı İmperiyasının saray mədəniyyəti, sarayın daxili qanunları, sultanların hərəm və hərəmxanası, qanuni nigahları tədqiqatçıların diqqət mərkəzində olub. Əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, Osmanlı İmperiyasında ən az evlilik yapan, rəsmi nigaha gedən sultanların önündə imperiyanın qurucusu Osman Qazi gəlir. Bu qüdrətli sərkərdə-xaqan cəmi iki dəfə ailə qurub. İlk övladı Orxan Qazi Malhun xatundan doğulub. “Torpağı su ilə qarışdırırsan çamur, şəhid qanı ilə yoğurursan Vətən olar!”, “İstanbulu fəth edən komutan nə mutlu komutan!” “Dərdi qədər böyük adam” nidası ilə Osman Qazinin, Osmanlı İmperatorluğunun ruhunun atası Şeyx Ədəbalının qızı ilə ikinci dəfə nigaha gedən Sultanın Bala xatundan övladı olmasa da, nigahını təzələməyib. Bu onun bir mürid kimi Mürşidinə – Ruhunun atasına- Şeyx Ədəbalıya, Onu yoxdan var edib tarixi zəfərlərə inandıran ustadına ehtiramının əlaməti idi.
İki nigahdan 21 övladı olan Sultan
Osmanlı imperiyasının tarixinə Fateh Mehmetin səltənət uğrunda qardaşların edam edilməməsi ilə bağlı fərmanı ikinci dəfə təsdiq edən, ona “Əkbər və Əhməd” əlavəsi gətirməklə qardaş qətlinə bir dəfəlik son qoyan II Sultan Əhməd də cəmi iki dəfə rəsmi nigaha getmişdir. İlk xatunu Rəbiyyə Sultandan 18 övladı, 7 oğlu, 11 qızı olan Sultan ikinci rəsmi nigahını Məmduh paşanın qızı Sümeyya xatunla yapmışdır. İkinci nigahından 9 övladı olan II Sultan Əhməd ömrünü daha çox övladlarının yetişdirilməsinə həsr etmişdir.
Ömründə bir dəfə rəsmi nigaha gedən, sərt görkəmi, humanist qəlbi ilə yadda qalan Sultan
Şəxsi həyatı siyasi fəaliyyətinin, səltənət savaşlarının, milli mənlik və kimlik mücadiləsinin kölgəsində qalan, hərəmxanası və hərəmləri ilə bağlı məsələlər belə qapalı saxlanılan IV Sultan Muradın ömrü boyu cəmi bir rəsmi nigahı olub. Törə qanunları ilə yaşayan Sultan ədəb-ərkan, genetik kod məsələlərinə mühüm əhəmiyyət verib.
“Osmanlının hər bir törəsi, ailəsi Səltənət üçün lütf, Sultanın Tanrı qarşısında sınağıdır. Onların mühafizəsi, qorunması yolunda lazım gələrsə, Ordu belə səfərbər olunar!” nidası ilə fərmanlar imzalayan IV Murad sözdə deyil, əməldə belə bu düşüncəsini gerçəyə çevirən hökmdar kimi tarixdə qalmışdır. Deyirlər Aişə sultanın könlünün sultanı İstanbulda bir evdə baş verən yanğın xəbərini alır. Bağdadın fatehi həmin an ata minib özünü yanğın yerinə çatdırır. İçəridə yeni doğulan körpənin beşikdə qaldığını eşidən kimi özünü odun-atəşin içərisinə atır. Körpəni beşiyi ilə birlikdə atəşdən qoparıb çölə çıxaran Sultan təlaşdan göz yaşları selə qərq olan anaya üz tutub deyir: “Bir şey yoxdur. Könlünü fərah tut. Yanan evin yenidən yapılacaq, körpənin beşiyi öz odasında olacaq”.
Bu fakt onun təkcə qüdrətli sərkərdə-xaqan deyil, həm də sözün həqiqi mənasında İnsan olduğunun göstəricisidir.
Ən çox kitab oxuyan, zəngin kitabxanası olan Sultan
III Sultan Muradın atası, II Sultan Səlim də tək bir dəfə nigaha gedən sultanlardandır. Nurbanu Sultanla birlikdə Osmanlı İmperiyasının təməl qanunlarının qorunmasına, sənətin, mədəniyyətin himayə olunmasına töhfələr verən Sultan Səlim tarixdə həm də ən çox kitab oxuyan, zəngin kitabxanası olan Sultan olaraq qalıb.
Heç vaxt nigaha getməyən, səltənət ömrü qısa olan Sultan
Əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, I Sultan Mustafa heç vaxt evlənməsə də, eynən özü kimi ruhi xəstəliklərdən əziyyət çəkən vətəndaşların müalicəsi üçün Osmanlı İmperiyası tarixində ilk dəfə olaraq “Ruhsal tədavilər köşkü” adlı xəstəxananın əsasını qoyub. Xəstələrin şəfası üçün gərək olan dava-dərmanın, tibbi bitkilərin, müalicəvi əhəmiyyətli otların toplanması üçün xüsusi sərəncam imzalayıb. Həkimbaşı və təbabət bilicilərindən ibarət heyət yaradıb. Saray əczaçılarını bu işə səfərbər edib.
Şərəf Cəlilli