Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/14/2025

Paylaşın

GÜNDƏM

Şəhid mayor Emin Süleymanovun anım günü və ona həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Noyabrın 13-də İmişli rayonunda Vətən Müharibəsi şəhidi, mayor Emin Süleymanovun İmişli Rayon Heydər Əliyev Mərkəzində anım günü qeyd olunub. Baki-baku.az xəbər verir ki, anım mərasimi çərçivəsində Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin şəhidin xatirəsinə həsr etdiyi “Qutsal Yolçu” kitabı da təqdim olunub.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. Burada şəhidin portretləri, hərbi geyimi, şəxsi əşyaları və döyüş yolunu əks etdirən materiallar nümayiş etdirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra çıxışlar dinlənilib, çıxış edənlər şəhidin Vətən qarşısında göstərdiyi igidlik, fədakarlıq və şücaətdən bəhs edərək, onun xatirəsinin daim ehtiramla anıldığını vurğulayıblar.
Emin Süleymanovun anası Tamara Süleymanova, böyük qardaşı 1-ci Qarabağ müharibəsi veteranı Mehman Süleymanov, oğlu Bəhmən Süleymanov, kursan yoldaşı Fuad Cəfərov, Vətən müharibəsi şəhidi 2-ci Qarabağ müharibəsinin Şəhidi Cavid Səfərlinin anası Xatirə xanım və başqaları çıxış edərək, şəhid haqqında xatirələrini bölüşüblər, onun qəhrəmanlıq salnaməsinin gənc nəsil üçün dəyərli örnək olduğunu və keçdiyi şərəfli yolun hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu deyiblər. Həmçinin, onlar şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yazıçı-publisist Şahanə Müşfiqin şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Qutsal Yolçu” kitabı təqdim olunub. Qeyd edilib ki, kitab şəhidimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və Vətənə sədaqətini özündə əks etdirir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir ki, “Monolit” belə evlərdən biridir: daşda donmuş bir əfsanə, adı Bakı torpaqlarının dərinliklərində doğulmuş bir möcüzə.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin