Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/31/2026

Paylaşın

GÜNDƏM

Şəhərin mərkəzində yeraltı keçiddə sakinlərin hərəkət imkanları məhdudlaşıb – ŞİKAYƏT

Bakının mərkəzində, paytaxt sakinlərinin və turistlərin ən çox istifadə etdiyi ərazilərdən birində yaranmış texniki nasazlıq vətəndaşların haqlı narazılığına səbəb olub. Söhbət Səbaik rayonu, Filarmoniya bağı ilə Bakı bulvarını birləşdirən yeraltı piyada keçidindən gedir.

Baki-baku.az-a daxil olan şikayətə görə, sözügedən piyada keçidində fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək məqsədilə quraşdırılmış xüsusi avadanlıq artıq bir müddətdir ki, işlək deyil. Bu isə fiziki qüsurlu şəxslərin keçiddən istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Sakinlərin narazılığına səbəb olan digər bir məsələ də piyada keçidində quraşdırılmış eskalatorların işləməməsidir. Gündəlik olaraq yüzlərlə insanın istifadə etdiyi bu keçiddə eskalatorların sıradan çıxması yaşlı insanlar, uşaqlı ailələr və turistlər üçün əlavə çətinliklər yaradır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.

Paytaxt sakinləri ümid edirlər ki, məsələ qısa zamanda həllini tapacaq, həm eskalatorlar, həm də əlillər üçün nəzərdə tutulan avadanlıqlar yenidən istifadəyə veriləcək. Çünki müasir şəhər anlayışı yalnız estetik görünüşlə deyil, eyni zamanda hər kəs üçün əlçatan və funksional infrastrukturla ölçülür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Ən son

GÜNDƏM

Bakının mərkəzində, paytaxt sakinlərinin və turistlərin ən çox istifadə etdiyi ərazilərdən birində yaranmış texniki nasazlıq

GÜNDƏM

Bakının mərkəzində, paytaxt sakinlərinin və turistlərin ən çox istifadə etdiyi ərazilərdən birində yaranmış texniki nasazlıq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin