Nəşr edilmişdir 06/03/2025

Paylaşın

GÜNDƏM

Ruhani kainata meydan oxuyanda

Dövrünü qabaqlayan din xadimlərinin açıqlamaları

Elm və din – düşmənmi? Əsla belə deyil.
Baki-baku.az-ın məlumatına görə, bəzən kainat haqqında ən inqilabi fikirlər laboratoriyalarda deyil, monastırların divarları arasında yaranıb. Təəccüblü görünə bilər, amma heliosentrik modelin müəllifi Nikolay Kopernik katolik kilsəsinin kanoniki idi. Məhz o, “Yer fırlanır!” deməyə cəsarət etdi – bu isə xidmət etdiyi kilsədən uzaqlaşdırılmaq riskini daşıyırdı. Onun əsərləri qadağan edildi, lakin dünya artıq səmaya əvvəlki kimi baxa bilməzdi.
Əsrlər keçdi, elmi dünya yenidən bir ruhani tərəfindən sarsıldı. Belçikalı Jorj Lemetr – abbat, fizik, riyaziyyatçı – kainatın genişləndiyi fikrini irəli sürdü. Bəli, məhz o, bu gün “Böyük partlayış” adlandırdığımız nəzəriyyəni ilk dəfə təsvir etmişdi. Bu, poetik metafora deyil, mövcudluğa baxışımızı dəyişən elmi inqilabın başlanğıcı idi.
İroniyadırmı? Əksinə, ilham mənbəyidir. Demə, cübbə içindən də ulduzlara baxmaq, dünyanı dəyişmək mümkündür.

Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.