Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/12/2026

Paylaşın

GÜNDƏM

Rossbax WUF13-ə hazırlığa göstərdiyi xüsusi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib

IMG-20260512-WA0084

Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qlobal diqqətin şəhərlərin gələcəyinə, mənzil sahəsinə və dayanıqlı şəhər inkişafına cəlb edilməsində mühüm rol oynayacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax “X” sosial şəbəkəsində yazıb.

“Növbəti həftə Bakı şəhərlərin gələcəyi, mənzil sahəsi və dayanıqlı şəhər inkişafı məsələlərinə qlobal diqqətin cəlb olunmasında mühüm rol oynayacaq”, – o yazıb.

A.Rossbax, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə WUF13-ün hazırlığına göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur və dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə həsr edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün WUF13 ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisində görülən işlərlə tanış olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.

Ən son

Mədəniyyət

Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktotı Raimkulova Qazaxıstan

Mədəniyyət

Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktotı Raimkulova Qazaxıstan
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin