Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2026

Paylaşın

GÜNDƏM

Retro vaqonlar, Kosa və Keçəl “İçərişəhər”də sizi gözləyəcək

Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.
Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, sərnişinlər martın 19-u, 20-i və 21-də səhər saat 10:00-dan axşam 22:00-dək “İçərişəhər” stansiyasının birinci yolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola, foto-video çəkərək tarixin yaddaşına həkk edə bilərlər.
Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş “A” tipli vaqon, habelə 1950-ci illərin istehsalı “Q” və “E” tipli vaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq.
Vaqonlar bayramla əlaqədar xüsusi bəzədiləcək, həmçinin Novruz bayramının əsas personajlarından sayılan Kosa və Keçəl sərnişinlərin görüşünə gələcək.
Baharın müjdəçiləri 3 gün ərzində saat 10:00-dan 16:00-dək “İçərişəhər” stansiyasında məzəli zarafatları, şeirləri, dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edəcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son günlər sosial şəbəkələrdə paytaxt avtomobillərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinməsi ilə bağlı paylaşımlar yer alıb.

Ən son

GÜNDƏM

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda

GÜNDƏM

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin