Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/19/2026

Paylaşın

GÜNDƏM

Reabilitasiya Agentliyinin cari il üçün hədəfləri açıqlanıb

Reabilitasiya Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Naftalan Reabilitasiya Mərkəzi, Aygün Abdullayeva

Naftalan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə, eləcə də Vətən müharibəsi iştirakçılarına kompleks tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan regional reabilitasiya müəssisədir.

Bunu Baki-baku.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva deyib.

O bildirib ki, 2025-ci il ərzində Naftalan Reabilitasiya Mərkəzi tərəfindən 5 400-dən çox şəxsə reabilitasiya xidməti göstərilib. Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır.

Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

A. Abdullayeva qeyd edib ki, müəssisə 2 və 3 nəfərlik palatalar olmaqla toplam 25 çarpayıdan ibarətdir.

“Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir. Mərkəzdə müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Naftalan RM-lə yanaşı, ölkənin müxtəlif regionlarında – Xaçmaz, Lənkəran, Şirvan, Yevlax, Şəki, Qəbələ, Şəmkir şəhərlərində də eyni tipli Reabilitasiya müəssisələri fəaliyyət göstərir”.

Cari il üçün əsas hədəfləri açıqlayan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı diqqətə çatdırıb ki, reabilitasiya xidmətlərinin əlçatanlığının daha da artırılması, beynəlxalq təcrübənin mütəmadi şəkildə araşdırılması və ən yaxşı təcrübələrin reabilitasiya mərkəzlərində tətbiq edilməsi qarşıdakı hədəflərdəndir: “Eyni zamanda, infrastrukturun təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları

GÜNDƏM

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin