Hər il Ramazan bayramında dünyanın dörd bir yanında olan müsəlmanlar gün doğumundan axşam gün batımına kimi ibadət edir, birlikdə namaz qılır və oruc tuturlar. Bəs Ramazan ayını bu qədər özəl edən nədir? Müsəlmanlar nə üçün məhz bu ay oruc tutur? Orucun mənəvi faydaları nələrdir? İki milyarda yaxın müsəlmanın bir ay davam edən mənəvi səfəri barəsində sualları bir araya gətirdik.
“Ramazan” sözünün mənası nədir?
Qəməri təqvimin 9-cu ayı olan Ramazan, Şəvval ayından sonra və Şaban ayından öncə gəlir.
Etimologiyası ilə bağlı fərqli fikirlər olsa da, “qızmar günəşin daşları isitməsi” mənasın verən “ramad” sözündən və ya “günəşin istisindən çox qızmış yer” olan “ramda” kökündən gəldiyi güman edilir.
Ramazan ayı nə vaxt başlayır?
Qəməri təqvim Qriqori təqvimi kimi sabit deyil və adından də göründüyü kimi (qəmər-ay) ayın çıxması ilə hesablanır. Hicri təqvimin ayın dünya ətrafında döngüsünü başa vuranda ay tamam olur ki, bu da hər il miladi təqvimdən 10-11 gün fərqlənir.
Ramazan ayını bu qədər özəl və mübarək edən nədir?
Ramazan ayı müqəddəs Qurani Kərimdə adı keçən yeganə aydır və müsəlmanlara müqəddəs kitabın nazil olduğu ay oruc tutmaları əmr edilir.
“Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağın və doğru yolu tapmağın izahı ilə Quranın nazil edildiyi aydır. Odur ki, kim aya şahid olarsa, oruc tutmalıdır. Kim xəstə və ya səfərdə olarsa, başqa bir neçə gün də oruc tutmalıdır. Allah sizin üçün asanlıq istəyir, çətinliyə düşmənizi istəmir. (O, münasib hökmlər göndərir) ki, sayını tamamlayasınız, sizə hidayət etdiyinə görə Allahı təqdis edəsiniz və bəlkə şükür edəsiniz. (əl-Bəqərə 2/185).
–Quran-i Kərim bu ayda endirilməyə başlamışdır.
-Min aydan daha xeyirli sayılan Qədr gecəsi bu aydadır.
-Oruc İslamın 5 təməl şərtlərindən biridir və Ramazan ayında tutulur.
-Həzrəti Məhəmməd(s.ə.s) peyğəmbərin qıldığı və sünnət olan təravih namazı bu ay qılınır.
-Ramazan ayı Qurani-Kərim ayıdır, ona görə də daha çox oxunur və düşünülür. Mükabelə oxumaq ənənəsi də Ramazan ayına aiddir. “Qarşılıqlı oxumaq” mənasını verən Mukabele, Quranı bir nəfərin ucadan oxuması, ətrafdakıların da buna əməl etməsidir.
İlk dəfə oruc nə zaman tutulub?
İslam dinindən öncə də oruc tutulub lakin müsəlmanların ilk orucu 26 fevral 624-cü fərz olub.
Kimlər oruc tutmalıdır?
Ramazan ayında orucun vacib olması üçün müsəlman olmalı, əqli cəhətdən sağlam olmalı və həddi-büluğa çatmış olmalıdır. Oruc tutmağı qeyri-mümkün edən xəstəlikləri olan və ya qocalıq səbəbindən oruc tuta bilməyənlər oruc tuta bilmədikləri hər gün üçün bir fidyə ödəməlidirlər. Fidyə ən azı fitrə qədər olmalıdır. Bu miqdar insanı bir günlük qidalandıracaq qida miqdarına və ya onun dəyərinə uyğun gəlir.
Orucun mənəvi faydaları nələrdir?
-Nəfsimizi tərbiyə edər, ömrümüzü necə keçirəcəyimizə dair götür-qoy etmək üçün bir fürsət ayıdır
-Dünyəvi arzuların qarışıqlığından uzaqlaşmaq, hislərimizə və duyğularımıza diqqət etməyimizə kömək edir
-Oruc möhkəm bir məsuliyyət hissi tərbiyə edir. İradəmizi qüvvətləndirir. Ailəmizə, ətraf mühitə və özümüzə qarşı məsuliyyətimizi idrak etməmizə kömək edir.
-Sahib olduğumuz nemətləri görməmizə və məhrumiyyət içində yaşayanların halını anlamağa yol açır.
Qədr gecəsi nə zamandır?
Qədr gecəsi İslamda ən müqəddəs gecələrdən biridir. Bu gecə Qurani-Kərimin Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-ə nazil olmağa başladığı gecə sayılır. Qədr gecəsinin əhəmiyyəti Quranda xüsusi olaraq qeyd olunur və bu gecənin min aydan daha xeyirli olduğu bildirilir.
Ramazan hazırlıqları
Ramazan yaşayış tempimizin və gündəlik bəslənmə rejimimizin dəyişdiyi aydır. İlin ən müqəddəs ayı olan bu ayda ruhumuzu, bədənimizi hazırlamağa və ibadətlərimizi axsatmadan, sevinclə yerinə yetirməmizə imkan yaradan vaxtdır.
Ramazan Bayramı
Müsəlman dünyasının iki böyük bayramından biri olan Fitr bayramı Ramazan ayından sonra gələn Şəvval ayının ilk üç günündə qeyd olunur. Fitr bayramı bir ayın oruc tutmaq, namaz qılmaq, bütün mənfi əməl və düşüncələrdən uzaq durmaq bayramıdır. Üç günlük bayramın məqsədi qardaşlığı təşviq etmək və bir aylıq ibadətdən və yemək-içməkdən çəkindikdən sonra normal həyat axarına qayıtmaqdır.