Bizim planet elə bil oxunmamış bir kitabdır – bəşəriyyət hələ onun yalnız ilk fəslini oxuyub. Alimlərin hesablamalarına görə, Yer üzündə təxminən 8,7 milyon bioloji növ mövcuddur, lakin biz bu növlərin yalnız 20%-ni tanıyırıq. Qalanlar isə meşədəki kölgələr kimidirlər – araşdırıcı əllərin hələ toxunmadığı sirli pıçıltılar.
Təəccüblü olsa da, bitki aləmi artıq kifayət qədər yaxşı öyrənilib – yerüstü bitkilərin təxminən 75%-i təsnif olunub. Amma heyvanlar və göbələklər aləmində hələ də demək olar ki, sehrli bir duman hökm sürür. Yerüstü heyvanların cəmi 12%-i, göbələklərin isə cəmi 7%-i məlumdur. Halbuki məhz bu naməlum canlılar yeni dərmanların, yenilikçi texnologiyaların və hətta təkamülün sirlərinin açarı ola bilərlər.
Cəngəlliklərin hər toxunulmamış guşəsi, meşə döşəməsinin hər millimetri, torpağın hər damlası – potensial bir kəşfdir. Bəlkə də, elə indi ayağınızın altında insanlığın heç vaxt rastlaşmadığı bir canlı yaşayır. Və ola bilsin, məhz o canlı bir gün dünyanı xilas edəcək.

Əbülfəz Babazadə