Nəşr edilmişdir 10/09/2024

Paylaşın

XƏBƏRLƏR

Frida Kahlonun yaradıcılığına həsr olunmuş gecə

Oktyabrın 8-də “Books and Beyond” qapalı üzvlük klubunun təşkilatçılığı ilə məşhur rəssam Frida Kahlonun yaradacılığına həsr olunmuş mühazirə baş tutdu. Rəssamın əsərlərini sənətşünas Anna Qonçarova şərh etdi. Qonçarova Fridanın doğulduğu gündən anasıyla arasında olan ziddiyyətli münasibətlərdən, 16 yaşında ikən düşdüyü ağır avtomobil qəzasından sonra həyatının ikiyə bölünməsi və gənc rəssamın özünü yalnız sənət vasitəsilə ifadə etməsindən danışdı. O, həmçinin, rəssamın şəxsi həyatında üzləşdiyi itkilər və xəyanətlər barədə də söhbət açdı. Fridanın həyat yoldaşı, dünyaca məşhur rəssam Dieqo Riverayla yaşadığı çətin münasibətlərdən sonra yaranan qeyri-adi ruha və dərin məzmuna malik əsərlər qonaqlara təqdim olundu. Mühazirədən sonra qonaqlar Fridanın həyatı və sənəti barədə müzakirələr apardılar. Gecənin təşəbbüskarı, “Books and Beyond” kitab klubunun yaradıcısı Nərminə Həsənli növbəti mühazirənin mövzusu ilə bağlı səsvermə keçirdi.

Gələcək görüşlərlə bağlı məlumat üçün “Instagram” səhifəsini izləməyi unutmayın: @bakibaku_official

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü