Nəşr edilmişdir 05/19/2025

Paylaşın

GÜNDƏM

Rəsul Rza – Doğum günündə böyük şairimizi yad edirik

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dərin düşüncəli şair və ictimai xadim Rəsul Rzanın doğum günüdür.
Baki-baku.az xatırladır ki, Göyçayda maarifpərvər bir ailədə dünyaya gələn Rəsul Rza, klassik ədəbiyyat və xalq yaradıcılığına olan marağını anasından miras almışdı. Onun yaradıcılığı Azərbaycan poeziyasında fəlsəfi lirikanın inkişafında mühüm mərhələ təşkil edir.
Şair ilk şeiri 1927-ci ildə dərc olunub. “Rənglər” silsiləsi, “Dözüm”, “Xatirələr düzümü” və digər əsərləri ilə poeziyamıza yeni nəfəs gətirib. “Sosialist Əməyi Qəhrəmanı”, “Azərbaycan SSR xalq şairi”, Stalin mükafatı laureatı kimi yüksək titullara layiq görülüb. Öz sözləri ilə desək: “Poeziya zəhmət və ilhamdır”.
Təkcə şair yox, həm də publisist, tərcüməçi, mədəniyyət təşkilatçısı kimi Azərbaycan mədəni həyatında iz qoyub. Onun ailəsində də ədəbiyyat yaşayırdı – həyat yoldaşı Nigar Rəfibəyli, oğlu isə yazıçı Anardır.
Bu gün Rəsul Rzanı ehtiramla anır, yaradıcılığını sevgi ilə xatırlayırıq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış