Nəşr edilmişdir 06/06/2025

Paylaşın

GÜNDƏM

Qurban Bayramı Pirallahı rayonunda da qeyd olundu

Qurban Bayramı Pirallahı rayonunda, Pirallahı rayonu, Qurban bayramı, Pirallahı Rayon İcra Hakimiyyəti

İslam dünyasında və Azərbaycanda hər il qeyd olunan ənənəvi bayramlardan biri olan Qurban bayramı insanlar arasında həmrəylik, xeyirxahlıq və paylaşma kimi dəyərlərin təşviq olunmasına xidmət edir. İctimai-mədəni həyatın ayrılmaz bir hissəsi kimi qeyd olunan və humanist dəyərlərin ifadəsinə çevrilən bayram günlərində insanlar yaxınlarını ziyarət edir, yardıma ehtiyacı olanlara dəstək göstərir, cəmiyyətin sosial birliyini və qarşılıqlı anlayışını gücləndirir. 

Baki-baku.az xəbər verir ki, bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilib, rayon ictimaiyyəti arasında bayram ab-havası yaradılıb. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarının nəzarəti ilə iri və xırdabuynuzlu heyvanların kəsimi həyata keçirilib.

Rayon ərazisində sanitar-gigiyenik normalara riayət olunmaqla, müvafiq qaydalara uyğun müasir standartlara cavab verən çadır tipli kəsim məntəqəsi Pirallahı qəsəbəsi S.Vurğun küçəsi 51B ünvanında quraşdırılıb. Burada kommunal infrastruktur və şərait yaradılıb, o cümlədən tullantıların atılması üçün 2 ədəd konteyner yerləşdirilib. Kəsim məntəqəsinə gətirilən diri heyvanların saxlanılması üçün müvafiq şərait yaradılıb.

Bayram münasibətilə ümumilikdə 900 ailəyə, o cümlədən şəhid ailələrinə, müharibə iştirakçılarına, veteranlara, əlillərə və aztəminatlı ailələrə 1700 kq ət paylanılıb. Eyni zamanda Rayon İcra Hakimiyyəti, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 28 May NQÇİ və Neft-Daşları NQÇİ-nin təşkilatçılığı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələri üzrə ümumilikdə 620 nəfərlik ehsan süfrəsi təşkil olunub. 
Qurban bayramı münasibətilə təşkil edilən xeyriyyə aksiyalarında Rayon İcra Hakimiyyəti ilə bərabər, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar da fəallıq göstəriblər. Bayram sovqatı ilə əlaqədar sakinlərimiz dövlət başçısına öz xüsusi minnətdarlıqlarını çatdırıblar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.