Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/18/2026

Paylaşın

HƏR ŞEYDƏN

Qızılı və gümüşü rəngləri, zəngin fondları ilə dünyaya meydan oxuyan məbədlər

İkinci yazı

Ştutqartın bəyaz donlu məbədi

 Bəyaz biçimi, mələk görkəmi ilə diqqəti cəlb edən, Romadakı Panteondan ilhamlanaraq təməli qoyulan Ştutqart Xalq Kitabxanası 2011-ci ildə tikilib. Yi Arxitektura tərəfindən dizayn edilən bina XI mərtəbədən ibarətdir. Əldə olunan məlumatlardan bəlli olur ki, Binanın şüşə damı və ağ divarları ilə əhatə olunan kitabxanada kitablardan başqa oxucunun diqqətini cəlb edə biləcək ikinci bir rəng və detal yoxdur. Eyvanları, rəfləri, salonları, xarici və daxili dizaynı, memari quruluşu ilə  dünya memarlarının diqqətini özünə çəkən Ştutqart Xalq Kitabxanası  təkcə nəhəngliyi ilə deyil, həm də zəngin kitab fondu ilə seçilən elmi məbədlərdəndir. 

Uelsin “Cənub şahzadə”si

Dünyanın o başında, qurtaracağında, sonunda yerləşən, dinindən, dilindən asılı olmayaraq bütün oxucuların qəlbini fəth edən Uels Kitabxanası özünə məxsus dizaynı, zəngin katoloqları ilə çoxsaylı ziyarətçilərin ünvanına çevrilib. 80 ildən çoxdur fəaliyyət göstərən 1942-ci il də təməli qoyulan Yeni Cənubi Uels Dövlət Kitabxanası həm də mədəniyyət və siyasət mərkəzi kimi fəaliyyət göstərir. 40-dan çox dildə çap olunan, 220 min kitab fondu ilə “Cənub şahzadəsi”nə çevrilən kitabxanada tez-tez mədəni tədbirlər keçirilir, ictimai-siyasi yığıncaqlar təşkil olunur.  

Dünya İrsi siyahısına daxil olan, yumşaq ayaqlıq taxma tələbi ilə   ilkə imza atan kitabxana

Qotik üslubunda tikilən bu kitabxana ən azı 200 illik tarixə malikdir. Dünyanın ən qədim kitabxanalarına məxsus kitabların əlyazmalarının cəm olunduğu Santiqo monastırının Santiko Paroq Ebi Kitabxanasında 170 mindən çox kitab mühafizə olunur. Ən qədim kitabı VIII əsrə aid olan kitabxanada oxucuları və turistləri daha çox təəccübləndirən məqamlardan biri də kitabxananın döşəməsini qorumaq üçün alınan qərardır. Deyilənə görə, tərlik-ayaqlıq taxma tələbi sayəsində kitabxananın taxta döşəməsi illərdir öz orjinallığı ilə qorunub saxlayır. Qeyd edək ki, dəsmaldan hazırlanan yumşaq ayaqlıqlar oxuculara pulsuz təqdim olunur. 1983-cü ildən UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən kitabxananın oxucuları sırasında dünyanın məşhur alimləri olmaqla yanaşı, həm də bir çox kral və kardinallar da yer alır.

Mesenat Corc Pibodinin “Kitablar kafedralı”

Ştatları, 50-dən çox inzibati ərazi vahidi ilə fərqlənən Amerika Birləşmiş Ştatlarının Merilend əyalətinin ən böyük şəhərlərindən biri Baltimor  Corc Pibodi Kitabxanası kimi son dərəcədə böyük, dünyada məşhur olan bir kitabxanaya ev sahibliyi edir. Şəhərdəki Cons Hopkins Universitetində yerləşən kitabxana XIX əsrə aid memarlıq incilərindən biridir. Mesenat Corc Pibodinin adı ilə bağlı olan kitabxana yerli əhali tərəfindən “Kitablar kafedralı” kimi qəbul edilməklə yanaşı, həm də müqəddəs yer sayılır. Buna səbəb 5 mərtəbədən ibarət olan kitabxananın  böyük pəncərələrdən və eyvanlardan ibarət olmasıdır. Əldə olunan digər məlumata görə, 300 mindən çox kitabın qorunduğu, mühafizə olunduğu kitabxana kənardan baxanda həqiqətən də kafedralı – dini məbədi xatırladır.  

“Şekspir Xatirə Otağı”, Qızıl və gümüş rəfləri ilə fərqlənən Birminhem

Dünyanın məşhur elmi məbədlərindən sayılan, təkcə Böyük Britaniya və  İngiltərə Krallığında deyil, Avropada belə məşhur olan, 2013-cü ildə Birminhem şəhərində inşa edilən Birminhem Mərkəzi Kitabxanası qızılı və gümüşü rəfləri, parlaq xarici görünüşü və nəhəng dairələrdən  ibarət dizaynı ilə dünya memarlarının diqqət mərkəzindədir. Onu digər kitabxanalardan fərqləndirən özəlliyi isə Uilyam Şekspirin əsərlərinə həsr olunan “Şekspir Xatirə Otağı”dır. Uşaq və gənclər üçün xüsusi bölmələrinin olması isə onu digər məşhur kitabxanalardan fərqləndirir. Kitabxananın üçüncü mərtəbəsində yerləşən Qalereyada dövrü sərgilərin hər kəs üçün açıq olması da diqqəti cəlb edir. Əldə olunan məlumatlardan o da bəlli olur ki, kitabxananın mağaza hissəsində əl işlərindən ibarət olan sənət əsərləri həm sərgilənir, həm də satışa təqdim edilir. 12,5 milyon fotoşəkilin, 5,3 milyon coğrafiya xəritəsinin, 5,6 milyon not və 62 milyon əlyazmanın və kitabların qorunub, mühafizə olunduğu Birminhem Mərkəzi Kitabxanası oxucularının sayına görə də dünyada məşhurdur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhərində ağacların nömrələnməsi və inventarlaşdırılması işləri davam etdirilir.

Ən son

HƏR ŞEYDƏN

Bəyaz biçimi, mələk görkəmi ilə diqqəti cəlb edən, Romadakı Panteondan ilhamlanaraq təməli qoyulan Ştutqart Xalq

HƏR ŞEYDƏN

Bəyaz biçimi, mələk görkəmi ilə diqqəti cəlb edən, Romadakı Panteondan ilhamlanaraq təməli qoyulan Ştutqart Xalq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin