Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

İdman

“Qızıl top” mükafatının sahibi bəlli olub

IMG-20250923-WA0005

“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.

Baki-baku.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçirilib.

Fransa seçməsinin və PSJ klubunun hücumçusu Usman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qadınlarda “Qızıl top”a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və “Barselona”nın üzvü Aitana Bonmati layiq görülüb.

2025-ci ilin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin və “Barselona” komandasının üzvü Lamin Yamal seçilib.

İlin ən yaxşı kişi məşqçisi Fransanın PSJ klubunun çalışdırıcısı Luis Enrike, ilin ən yaxşı qadın məşqçisi isə İngiltərə millisinə rəhbərlik edən Sarina Vieqman olub.

Bundan başqa, “Qızıl top”un təltifetmə mərasimində “Lev Yaşin” mükafatı PSJ klubunun italiyalı sabiq qapıçısı, hazırda “Mançester Siti”də çıxış edən Canluici Donnarummaya təqdim edilib. Fransanın PSJ klubu ilin ən yaxşı klubu mükafatının qalibi olub.

Qeyd edək ki, ötən il İngiltərənin “Mançester Siti” komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən gün (sentyabrın 20-də) Xəzər hövzəsinin ən böyük və müasir gəmiqayırma müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunun (Baku Shipyard)

Ən son

Спорт

Baki-baku.az представляет их
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin