Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2025

Paylaşın

HƏR ŞEYDƏN

Qıdıq – Hiss, gülüş və sinir sisteminin sirri

Qıdıq, Hiss, Gülüş, Sinir sistemi

Qıdıq – insan və bəzi heyvanların dərisinə toxunma nəticəsində yaranan, qəfil gülüş və reflektor hərəkətlərlə müşayiət olunan hissdir. Qıdıqlanan zaman nəbz və tənəffüs artır, insan tez yorula bilər.

İki növ qıdıq mövcuddur:

Knismesis – yüngül toxunuşlarla yaranır, adətən gülüş doğurmur.

Qarqalesis – xüsusi həssas nöqtələrə (qoltuq altı, qabırğalar, ayaqaltılar) daha güclü toxunuşla yaranır və yüksək səslə gülüşlə müşayiət olunur.

Qıdığa yalnız insanlar deyil, insanabənzər meymunlar və siçanlar da gülüşə bənzər reaksiyalar verirlər. Siçanlarda bu, 50 kHz tezlikli ultrasəs siqnalları ilə müşahidə olunur.

Elm hələ qıdığın tam səbəblərini və funksiyasını dəqiq izah edə bilmir. Bir fərziyyəyə görə, bu, dəriyə düşən zərərli həşəratları hiss etmək üçün inkişaf etmiş passiv müdafiə reaksiyasıdır. Lakin bunun yumor və ağrı hissi ilə əlaqəsi tam izah olunmayıb.

İngilis filosofu Devid Hartli qıdıq zamanı yaranan gülüşü “yarımçıq qalmış ağlama” adlandırırdı – yəni qıdıq, ani ağrı hissi kimi başlayır, dərhal yox olur və bu dəyişikliklər gülüş doğurur.

Qıdıq bəzən xoş hiss kimi qəbul oluna bilər, xüsusilə uşaqlarda. Bu hissin ağrı ilə eyni sinir yollarını paylaşdığı düşünülür, amma reaksiyalar fərqlidir: ağrı əzab verir, qıdıq isə əyləncəli ola bilər.

Qıdıqlanmağa qarşı ən həssas yerlər: qulaq içi, boyun, qabırğalar, qoltuq altı, qarın, dizaltı və ayaqaltı nahiyələrdir — yəni ya dərinin ən zərif olduğu, ya da sinir uclarının toplandığı sahələr.

Qıdıq, ehtimal ki, sinir sistemində zərif toxunuşla ağrı arasında yaranan “yan təsirdir” və tamamilə reflektor xarakter daşıyır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da.

TARIXI ŞƏXSİYYƏTLƏR

Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin