Nəşr edilmişdir 01/06/2025

Paylaşın

GÜNDƏM

Qeyri-iş günlərində Bakı Avtovağzalından 1775 reys həyata keçirilib

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.
Baki-Baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.
Ümumilikdə istirahət günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 1775 reys həyata keçirilib, 50 min 600-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərdə BBAK-dan reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 15 min 239 onlayn bilet alınıb. Bu da ümumi bilet satışının 30 %-ni təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay

Ən son

SİYASƏT

Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə

GÜNDƏM

Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün

GÜNDƏM

Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu.