Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/09/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Qələmiylə döyüşə gedən qadın – Salatın Əsgərova

Salatın Əsgərova

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olmuş ilk qadın jurnalist Salatın Əsgərovanın anım günüdür. O, yalnız qələm sahibi deyil, həqiqətin keşiyində dayanan, həyatını Vətən yolunda qurban verən bir vətənpərvər idi.

Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. 1979-cu ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə bitirən Salatın, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Müəllimlərinin xatirələrinə görə, o, uşaqlıq illərindən möhkəm iradəsi, cəsarəti və prinsipiallığı ilə seçilirdi.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alsa da, Salatının ürəyi jurnalistikaya bağlı idi. Elə həmin ildən “Bakı” qəzetində çalışmağa başladı, 1988-ci ildən isə “Molodyoj Azerbaydjana” qəzetində jurnalist fəaliyyətini davam etdirdi. Onun yazılarının əsas mövzusu Azərbaycan torpaqlarının bütövlüyü, Qarabağda baş verən hadisələr və cəbhə həyatının acı reallıqları idi.

Salatın Əsgərova qaynar nöqtələrə getməkdən çəkinmirdi. Ailəsinin və iş yoldaşlarının bütün narahatlıqlarına baxmayaraq, o, cəbhə bölgələrinə yollanır, hadisələri yerindən izləyərək operativ və kəskin materiallar hazırlayırdı. Onun son yazısı — Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin döyüş fəaliyyətindən bəhs edən “Omonçular” məqaləsi, yalnız qəhrəmanlıq salnaməsi deyil, eyni zamanda imperiya siyasətinə açıq etiraz idi.

1991-ci il yanvarın 8-də Salatın Əsgərova Laçının Ağanus kəndində olmuş, döyüşçülərlə görüşmüşdü. Həmin gün o, silahı əlinə alaraq hədəfə sərrast atəş açmış, sanki qarşıda duran taleyini öncədən hiss edirmiş kimi cəsarətini nümayiş etdirmişdi.

Yanvarın 9-da Bakıdan Şuşaya yollanan Salatın Əsgərovanın olduğu hərbi avtomobil Laçın–Şuşa yolunda, Qaladərəsi kəndi yaxınlığında erməni silahlı birləşmələrinin pusqusuna düşdü. Maşın avtomat və snayper tüfənglərindən güclü atəşə tutuldu. Həmin hücum zamanı hərbçilərlə yanaşı, yaralı vəziyyətdə olan Salatın Əsgərova da erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirildi. O, 29 yaşında şəhidlik zirvəsinə ucaldı.

Salatın Əsgərovanın qatilləri sonradan müəyyən edilərək həbs olunsalar da, 1996-cı ildə Ermənistana təhvil verilmələri ədalətin yarımçıq qaldığını göstərdi. Lakin heç bir qərar onun xatirəsini xalqın yaddaşından silə bilmədi.

Bu gün Salatın Əsgərova Bakıdakı Şəhidlər Xiyabanında uyuyur. Onun qələmi susdu, amma yazdığı həqiqətlər yaşayır. O, sübut etdi ki, Vətənə xidmət yalnız silahla deyil, sözlə də mümkündür. Salatın Əsgərova Azərbaycan jurnalistikasının və qadın qəhrəmanlığının əbədi simvoludur.

Ruhu şad olsun.

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata

GÜNDƏM

Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin