Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2026

Paylaşın

TARİX

Qədim-qayım kəndlərimiz – yaddaş yerimiz

II yazı

Multikultural dəyərləri, etnik xüsusiyyətləri ilə fərqlənən Odlar Yurdu Azərbaycan bineyi-qədimdən ayrı-ayrı xalqların, etnik qrupların tarixi Vətəni, yaşayış məskəni olmaqla yanaşı, onların hüzur bulduğu diyar olub. Toponim, oronim və oykonimlərdə əbədiləşən kimliyi ilə bu gün də Vətənin –  Azərbaycanın xəritəsinin zənginləşdirən xalqlar birliyin, bütövlüyü rəmzinə çevrilib.

Babadağı qiblə bilər Hapıtdan – Hapıtuçuran dağına

Dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə, dağların əhatəsində yerləşən Hapıt kəndi Qubanın Xınalıq, Qrız kəndləri kimi qədim yaşayış məskənlərindəndir. Babadağı özünə qiblə bilən Hapıtlılar cəmi-cümlətanı 200 evdən ibarət olan kəndlərini cənnətin köşəsi hesab edirlər. Əsas gəlir mənbəyi, təsərrüfatı maldarlıqdan, qoyunçuluqdan və xalçaçılıqdan ibarət olan hapıtlılar qış aylarında qışlağa köçcələr də buz sınıb əriyən kimi Babadağın ətəyinə – Hapıta dönürlər.

Babadilim türbəsi, Qızdırma piri onun qədim yaşayış məskənlərindən olduğunu sübut edir

Taydüz, Çiyə, Qarabulaq, Təntə, Pətən, Qəbiristanlıq və Gurbulaq yaylaqları ilə əhatə olunan Hapıt kəndində mövcud olan Babadilim türbəsi, Qızdırma piri və tarixi məzarlıq onun qədim yaşayış məskənlərindən, müqəddəs məkanlardan olduğunu sübut edir. Özlərini “Hər” adlandıran hapıtlılar hələ qədim zamanlardan kəndə saxsı bulaqlarla su çəkdirib, ovdanlar qurub, kəhrizlər qazdırıb kəndi cənnətə çeviriblər. Qədim tarixə malik olan bu borular sonradan müasir texnologiya ilə yenilənsə də, köhnələrin əvəzini verməyib.

Tarixçilər Hapıtuçuran dağının və hapıtlıların Qafqaz Albaniyası ilə bağlı olduğunu sübut ediblər

Qışın soyuq aylarında Qubanı İsmayıllı, Qəbələ və Oğuz rayonları ilə əvəz edən hapıtlılar bu torpaqlarda da özlərinə yurd salıblar. Hapıtuçuran dağını Babadağa qiblə bilən hapıtlılar 4032 metr hündürlükdı yerləşən Hapıtuçuranı eynən Babadaöğ kimi bu gün də ziyarətə gəlirlər. Sərt keçidlıri və aşırımları ilə Babadağ kimi insanda həm də vahimə yaradan Hapıtuçuran dağının və hapıtlıların Qafqaz Albaniyası ilə bilavasitə bağlı olduğunu sübut edən tarixçilər Qəbələ rayonunda Qafqaz Albaniyası ilə bağlı aparılan arxeoloji qazıntılar zamanı əldə etdikləri faktlara əsasən bu qənaətə gəliblər.

Didvan – adını Didvan qalasından alan, Çaxmaqlının laylasını çalan gözəllik

Əski yaşayış məskənləri, tarixi abidələri, ustad sənətkarları, axar-baxarlı təbiəti ilə dünyanın cənnət köşələrindən olan Odlar Yurdu Azərbaycan zəngin mədəniyyəti ilə dünyaya meydan oxuyan Qazax – Ağstafa yörəsi ilə də tarxin canlı salnamələrindən biridir.

Azərbaycanın Atlantidası adlandırılan Damcılı bulaq, Aveydağ kimi Tanrı möcüzəsi hesab olunan, Xanlıqlar kəndində yerləşən Didvan gölü hüzur dolu dünyası, masmavirəngi ilə göylə yerin altında bir İlahi bağdı. Gözoxşayan ehtişamlı mənzərəsi, sirli-soraqlı keçmişi ilə həm də Tovuz kileti kimi bu torpaqların yaddaş yeridir.

Didvan gölünün altında Bəndovan şəhəri, Səbayel qəsri kimi sulara qərq olmuş bir kənd yatır

Əldə olunan məlumatlardan bəlli olur ki, Didvan gölünün büllur kimi saf sularının altında Bəndovan şəhəri, Səbayel qəsri kimi sulara qərq olmuş bir kənd yatır.

Tarixi mənbələr sübut edir ki, əski çağlarda, qədim zamanlarda burada Çaxmaqlı adında kənd mövcud olub. Ağstafaçay su anbarı inşa olunduğu zaman kəndin ərazisi su altında qalıb. Sulara qərq olan kənd dərin dəryalarda “Suların Padşahına” qovuşub. Batmış Çaxmaqlının suları üzərində yaranan göl adının ətəyində binə tutduğu Didvan dağından alıb.

Əldə olunan məlumatlardan o da bəlli olur ki, Didvan dağının zirvəsində binə tutan, VI – VII yüzilliklərə aid olan Didvan keşikçi qalası bu torpaqların Qafqaz Albaniyasına bağlı qədim tarixinə və zəngin mədəniyyətinə aynadır. Əlavə olaraq onu da qeyd edək ki, Odlar Yurdu Azərbaycanın cənnət məkanlarından biri olan Didvan gölü və sulara qərq olan Çaxmaqlı Didvan qalasının dəfinəsi olmaqla yanaşı, həm də bir təbiət möcüzəsi, yaddaş yeridir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Səbail rayonunda, Şeyx Şamil küçəsində Formula 1 Azərbaycan Qran-prisi yarışı zamanı quraşdırılan yol nişanlarından birinin yarış başa

Ən son

GÜNDƏM

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

GÜNDƏM

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin