Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/17/2026

Paylaşın

HƏR ŞEYDƏN

Qayaüstü təsvirlərdən dünya mirası elan edilən kitabxanalara

Birinci yazı

Öncə söz vardı! Bütün müqəddəs kitablar belə başlayır. Tanrının əşrəfi deyib, xəlq etdiyi insan İlahi eşqini, Kəlam müqəddəsliyini qədim yaşayış məskənlərində, daşa, tunca olan sevgisi ilə zinətləndirdi.  Qayaüstü abidələr, təsvirlər tədris mərkəzlərinə, rəsm qalereyalarına çevrildi. Sonra gil kitabələr, papiruslar, əlyazmalar, kitablar yarandı. Bəşəri dəyərlər xəzinəsini incilərlə zənginləşdirən dahilərin əlyazmaları, kitabları ilə yanaşı, təskirə və cünglər min illər boyu kitabxana hücrələrində qorundu. Tarixlə müasirlik arasında körpüyə çevrildi. Kralların, kardinalların, çarların, sərkərdə-xaqanların baş köşəsində əyləşdiyi saraylarda sənət, mədəniyyət himayə olundu. O himayədarlıq missiyasının ən ali göstəricisi, nümunəsi isə minlərlə əlyazmalarının, divanların, kitabların qorunduğu kitabxanalar oldu. Zəngin biliyin, böyük mədəniyyətin daşıyıcısı olan kitabxanalar hücrələrindəki incilərlə insanın mənəvi əzəmətinin, gücünün, qüdrətinin, intellektual  potensialının bünövrəsinə çevrildi.

Vatikan və Drezden Kitabxanalarının adı çəkiləndə elmin ehtişamlı məbədləri göz önünə gəlir

Amerikanın Konqres Kitabxanasının, Britaniya Milli Kitabxanasının, Misirin İsgəndəriyyə Kitabxanasının, Çin Milli Kitabxanasının, Sankt-Peterburq Kitabxanasının, Nuri-Osmaniyyə Kitabxanasının, Çar Rusiyasının Qacarlar İmperiyasını işğalından sonra Peterburqa sürülən Şeyx Səfi Kitabxanasının, Vatikan və Drezden Kitabxanalarının adı çəkiləndə elmin ehtişamlı məbədləri göz önünə gəldi. Onlar əzəmətli, möhtəşəm binaları, zəngin fondları ilə alimlərin diqqət mərkəzində oldu. 1909-cu ildə qurulan, 22 milyondan çox əlyazmalarına,  kitablara ev sahibliyi edən Çin Milli Kitabxanası ilə yanaşı 1714-cü ildə Sankt-Peterburq şəhərində təməli qoyulan, bu gün Rusiya Elmlər Akademiyasının əsas elmi məbədi kimi fəaliyyət göstərən Sankt-Peterburq Kitabxanası 20 milyondan çox kitab fondu ilə dünya insanının, mütəfəkkir alimlərin ən çox istifadə etdiyi elmi məbədlərdən birinə çevrildi. Hər gün ən azı 3 min oxucunun istifadə etdiyi kitabxanada  Nizami Gəncəvi, Məhəmməd Fizuli, Seyid İmaddədin Nəsimi kimi dahi Azərbaycan şairlərinin divan və əlyazmaları da qorunub saxlandı.

1800-cü ildə Vaşinqton şəhərində təməli qoyulan  Amerika Birləşmiş Ştatlarının Konqress Kitabxanası 30 milyondan çox kitab  fondu ilə dünya insanının diqqətini özünə çəkdiyi kimi, 18,5 milyon  kitab , jurnal, qəzet və qədim əlyazmaları ilə öndə gedən Alman Milli Kitabxanası təkcə Frankfurtun deyil, dünyanın mədəniyyət mərkəzlərindən birinə  çevrildi.  Bu məşhur kitabxanaların sırasında Birminhem Mərkəzi   Kitabxanası, Corc Pipodi Kitabxanası, Sintko Paroq Ebi Kitabxanası, Yeni Cənubi Uels Dövlət Kitabxanası, Ştutqart Şəhər Kitabxanası, Liyuyan Kitabxanası, Amsterdam Kitabxanası, Fransa Milli Kitabxanası, İskəndəriyyə Kitabxanası, Edmonds Abbey Kitabxanası mühüm rola və yerə malik oldu.

Zəngin fonduna görə dünyada ikinci yerdə qərar tutan Kitabxana

Kitab bilik mənbəyi, kitabxanalar isə kitabların hücrəsidir. Orada tarixlə müasirlik, elmlə elmə könül verən, mələk ömrü sürən müqəddəs varlıqlar üz-üzə gəlir. Amerika Birləşmiş Ştatlarının Konqres Kitabxanasından sonra zəngin fondu ilə  Böyük Britaniya və İngiltərə Krallığının əsas elmi məbədi hesab olunan Britaniya Milli Kitabxanası da qeyd etdiyimiz müqəddəsliyə malikdir.  Beş kitabxana sistemini özündə birləşdirən, 1759-cu ildə  təməli qoyulan, bu gün 150 milyondan çox kitabı mühafizə edən Britaniya Milli Kitabxanasında dünyanın bütün dillərində nəşr edilən kitablarla yanaşı, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər də qorunur.

Kitabxananın fondlarında həmçinin 310 min əlyazma, 4 milyondan çox xəritə, 260 min musiqi və filateliya kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 800 milyona yaxın marka vardır. Musiqi fondunda isə XIX əsrə aid silindir formasında hazırlanmış səs yazıları, eyni zamanda  müasir CD, DVD və mini disklər mühafizə olunur. Bununla yanaşı, kitab sayına görə dünyada ikinci kitabxana sayılan Britaniya Milli Kitabxanasında Yaxın və Orta Şərqə aid  bir milyondan çox kitablar və əlyazmaları qorunur.

Dünyanın ikinci ən böyük kitabxanası

Amerika Birləşmiş Ştatlarının qüdrətli elmi məbədlərindən sayılan, oxucu və istifadəçi sayına görə dünyada məşhur olan,  Vaşinqton Konqres Kitabxanası 1800-cü il aprelin 24-də Prezident Con Adamsın göstərişi ilə yaradılıb. Əldə olunan məlumatlara görə, “Prezident kitabların alınması, saxlanılması üçün o vaxtın pulu ilə böyük məbləğ – 5000 dollar ayırıb” və bunun üçün rəsmi sənəd  imzalayıb. Con Adamsın əmrinə əsasən kitabxanadan yalnız prezidentlər və Konqres üzvləri istifadə edə bilər. Digər məlumata görə, məhz bu səbəbdən kitabxana Konqres Kitabxanası olaraq rəsmi dövlət qeydiyyatına alınıb. Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunan Konqres Kitabxanasının fondlarında 470 dildə kitab mühafizə olunur, onun yarısından çoxu isə  ingilis dilindədir.

Ümumi kitab fondu 150 milyondan çox olan,  32 milyondan çox digər çap məhsulları, 12,5 milyon fotoşəkil, 5,3 milyon coğrafiya xəritəsi, 5,6 milyon not və 62 milyon əlyazması ilə dünyada məhşur olan Konqres Kitabxanası ən çox  istifadə və istinad olunan kitabxanalardandır.  Onu da qeyd edək ki, “1851-ci ildə  bir hissəsi yanan kitabxanada Çar Rusiyasına, Romanovlar sülaləsinə aid kitab kolleksiyaları, eyni zamanda Sibirli bibleqraf  Gennadi Yudifin kitab kolleksiyası da mühafizə olunur”.

Konqres Kitabxanası həmçinin Şərq və Türk tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı  kitabları, əlyazmaları da öz hücrələrində mühafizə edir. Şirvanşahlar, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətləri ilə bağlı əlyazma və xəritələrin qorunduğu kitabxanada eyni zamanda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid İmaddədin Nəsimi, Sədi Şirazi, Hafiz Şirazi, Şəms Təbrizi kimi mütəfəkkir şairlərin əlyazmaları Odlar Yurdu Azərbaycanın mənəvi mirası kimi qorunur.

Rokoko üslubunda tikilən, Monastırı xatırladan elmi məbəd

Dünya mədəniyyəti, din tarixi ilə bağlı 200 mindən çox kitabın toplandığı Edmond Manastırı Kitabxanası dünyanın ən böyük monastır kitabxanalarından biridir. Rokoko üslubunda dizayn edilən kitabxanada rəflərdən tavana və döşəməyə qədər hər şey bir-birini tamamlayır. Olduqca geniş ərazini əhatə edəm kitabxana nəhəng pəncərələrdən ibarət daxili dizayn və memarlığı ilə insanda hüzur yaradır. Bilik verməklə yanaşı insanın  son məqamda qopub gəldiyinə – Yaradana varmaq hissini aşılayır.

Tarixi Luvr sarayına qədər gedib çıxan Kitab aləmi

Viktor Hüqonun, Bonapart Napoleonun, zəngin kolleksiyası ilə  dünyaya meydan oxuyan Louvr muzeyinin,  incə, zərif şərabın  diyarı olan Fransanın  insanı heyrətləndirən bir özəl ünvanı da var: Fransa Milli Kitabxanası. 1800-cü illərdə tərtib edilən, dünyanın ən qədim kitabxanalarından sayılan Fransa Milli Kitabxanası 30 milyondan çox fondu ilə ən böyük kitabxanaların siyahısındadır. Hər il kitabxana arxivinə yüz min əsərin əlavə edildiyini nəzərə alsaq, deyilənlərin gerçək olduğunu deyə bilərik. Əldə olunan məlumatlardan bəlli olur ki, Tarixi Louvr sarayına qədər gedib çıxan Fransa Milli Kitabxanası daim genişlənən kolleksiyası sayəsində köçürülməsi və bərpa olunması ilə dəfələrlə dünya memarlarının diqqətini özünə çəkmiş, yenilənən ekspozisiya və fondları ilə ümumbəşəri dəyərləri xəzinəsindən birinə çevrilmişdir.

Amsterdamda kitabları qırmızı köşklərdə, bölmələrdə saxlayırlar

 Dünyada elə bir ikinci kitabxana yoxdur ki, kiçik şəhərin böyük dünyasına çevrilsin. Kitablardan ibarət dizaynı ilə aləmə səs salsın. Daha çox miqrantların istifadə etdiyi bu kitab evi – Amsterdam Universiteti Kitabxanası, yəni Amsterdam Kitabxanasıdır. Ölkənin hər bir vətəndaşının sayına düşən 310-dan çox kitab sayı ilə qürur hissi keçirən elm məbədidir. Bu nailiyyətinə görə Amsterdam Universiteti Kitabxanası adını qazanan, eyni zamanda mükafata layiq görülən  kitabxananın bir özəlliyi də var:  Burada mühafizə olunan kitablar demək olar ki, qırmızı köşklərdə, və qırmızı bölmələrdə saxlanılır. Oxu zallarında genişliyə, rahatlığa və rəqəmsal innovasiyalara mühüm əhəmiyyət verilir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu norveçli hakimlər idarə

Ən son

GÜNDƏM

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi dalan 7 ünvanında ev yanır.

GÜNDƏM

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi dalan 7 ünvanında ev yanır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin