Nəşr edilmişdir 12/14/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Baki-Baku.az bu barədə Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir.
Dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır. Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yerə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroid yaxınlaşır.Baki-baku.az bu barədə NASA alimlərinin verdiyi məlumata əsasən xəbər verir.Məlumata görə,

Ən son

GÜNDƏM

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.Baki-baku.az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual

ƏSAS XƏBƏRLƏR

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində

DİGƏR XƏBƏRLƏR

Nyu-York Nəbatat Bağı, Vayominq və Kaliforniya Universitetindən olan amerikalı alimlər müəyyən ediblər ki, ayıdöşəyi (qıjı)