Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/14/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?

CFBC99BB-AFA4-4D54-BACB-7C416E64E5C6

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Baki-Baku.az bu barədə Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir.
Dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır. Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Geyim dreskodu — müəyyən bir sosial, peşəkar və ya mədəni mühitdə qəbul olunmuş geyim qaydalarının toplusudur.

Ən son

HƏR ŞEYDƏN

Lakin bütün bu şəraitin içində yaşamağı bacaran bir möcüzə var ki, onun adı kaktusdur.

HƏR ŞEYDƏN

Lakin bütün bu şəraitin içində yaşamağı bacaran bir möcüzə var ki, onun adı kaktusdur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin