Nəşr edilmişdir 06/05/2025

Paylaşın

GÜNDƏM

Qaradağda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

IMG-20250605-WA0046_converted

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun təsərrüfat sahələrinin rəhbərləri və Qaradağ rayon Sukanal idarəsinin işçiləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilk öncə 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə bu sahədə çalışanları səmimi qəlbdən təbrik edib.
Qeyd edib ki, Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra olunub. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranıb, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilib. Kür su kəmərləri sisteminin tikilib istifadəyə verilməsi məhz bu qəbildəndir. Ulu Öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas rol oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa olunub. Ulu Öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəal tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapmış və artıq onların böyük bir hissəsi rallaşdırılıb. Həmin proqramların icrası nəticəsində Qaradağ rayonunda su və kanalizasiya sistemində köklü dəyişikliklər baş verib. Bəzi qəsəbələrdə içməli su problemi öz həllini tapıb. Görülən tədbirlərin nəticəsidir ki, bu gün rayon əhalisinin 80 %-i 24 saat fasiləsiz su ilə təmin edilir. Hazırda da bu istiqamətdə işlər davam edir.
Daha sonra çıxış edən Qaradağ rayon Sukanal idarəsinin işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə kollektiv adından dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən Qaradağ rayon Sukanal idarəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Qaradağ Rayon Su-Kanal İdarəsinin rəisi Sultan Əmiraslanov öz adından və kollektiv adından öz minnətdarlıqlarını bildirib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb.

Ən son

GÜNDƏM

Konsertdə incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

GÜNDƏM

Konsertdə incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.