Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2025

Paylaşın

GÜNDƏM

Qaradağ postunda maarifləndirici reydlər keçirilib

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu sahədə maarifləndirilməsi məqsədilə Qaradağ postunda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgə reyd keçiriblər.
Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartlarının mövcudluğu yoxlanılıb.
Buraxılış kartı olmayan 2, sərnişin daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5 sürücü barədə inzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndirici reydlər davam etdirilir.
Ümumilikdə 40-a yaxın sürücü formulyarların düzgün doldurulması və daşımaların qanunvericiliyə uyğun aparılması barədə məlumatlandırılıb.
Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb